Rusiyada turist turlarına tələbat azalıb, ona görə ki, bahadır…

Rusiyada səyahətə tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, turların qiymətlərinin təxminən 30 faiz artması ilə bağlıdır.

Bu arada tur təşkili ilə məşğul olan şirkət nümayəndəsi Oleq Kozyrev, Rusiya kurortlarının xarici istiqamətlərlə rəqabət apara bilmədiyini etiraf edib.

Qeyd edək , Rusiya daxilində tətillərin qiyməti 2022-ci illə müqayisədə orta hesabla 30 faiz artıb. Onu da qeyd edək ki, burada ən populyarları Böyük Soçi kurortlarıdır. Etiraf edilməlidir ki, bu il buradakı kurortların qiymətlərində də cüzi dəyişikliklər var. Amma belə görünür ki, vaxtilə bu kurortlara axın edənlər...indi, belə görünür ki, buralara gəlməkdən ehtiyatlanırlar.

Bəlkə elə buna görədir ki, bu gün əksər ruslar səyahət kimi Peterburqu seçirlər.

Mütəxəssislər, turistlərin daha çox üçulduzlu deyil, dördulduzlu otelləri daha çox seçdiklərini bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə