Bayramda insanlarımız daha çox hansı bölgələrə üz tutdu? - ARAŞDIRMA

İstirahətə hamımızın ehtiyacı var. Xüsusilə, yüksək templi həyat şəraiti tətili əvəzolunmaz bir zərurətə çevirir. Tətilə getməkdə də ən böyük məqsədimiz gündəlik həyatın təlaş və stressindən uzaqlaşmaqdır. Ancaq bir çoxumuz tətildən qayıtdıqdan sonra özümüzü yorğun və istəksiz hiss edir, bu vəziyyəti bayram sonrası depressiya kimi təyin edirik.

İdeal və ya məhsuldar tətilin tərifi hər kəs üçün fərqlidir. Fiziki, mənəvi və zehni istirahəti eyni vaxtda təmin edə bilənlər bayram gözləntilərini çox yaxşı qarşılayanlardır.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Tətildə bunları edin:

Gündəlik qaydalardan kənara çıxın: Qaydalar lazımdır, lakin bayramlarda deyil. Məsələn, hər səhər tam səhər yeməyi yeməyə öyrəşmisinizsə, tətildə səhər yeməyini daha sadə edə bilərsiniz.

Texnologiyadan uzaq durun: Təbii ki, sosial medianın həyatımızın bir parçası olduğu vaxtda ondan uzaq durmaq asan deyil. Bayramın gözəl anlarının fotolarını paylaşmaq çox zövqlü olsa da, məhsuldar bir tətil texnologiyadan mümkün qədər uzaqlaşmağı tələb edir. Xüsusilə də tətildə telefon və internetinizi söndürün.

Əsəbi yaxud da problemli insanlarla tətilə getməyin: Əsəbi təbiətə malik insanlar qaldığınız yerdən yeməklərə, iqlim şəraitindən yatmağa qədər bir çox mövzuda problem yaratma potensialına malikdir. Təbii ki, bu vəziyyət istər-istəməz sizə təsir edərək, narahat bir bayram keçirməyinizə səbəb olacaq. Əsas odur ki, hər şeyi problemə çevirən insanlarla mümkün qədər çox tətilə getməyin. Əgər belə bir öhdəliyiniz varsa, bütün tətilinizi həmin şəxs və ya insanlarla keçirməməyə çalışın.

Mühitə uyğunlaşın və tətildən həzz alın: Yaşadığınız bu istirahət dövrünün bir zərurət olduğunu bilin və bayramdan zövq almağa çalışın. Unutmayın ki, tətil müvəqqətidir. Anın içində qalmağa çalışaraq yaşadığınız hər şeydən həzz alın.

Bəs, bayramda insanlarımız daha çox hansı bölgələrə üz tutdu?


Turizm Agentlikləri Assosiasiyasının sədr müşaviri Müzəffər Ağakərimov: “Azərbaycan vətəndaşları Novruz bayramı tətili zamanı, əsasən, öz ölkəmizdə dincəlməyə üstünlük verirlər. Ümumiyyətlə, son illər daxili turizmin çəkisi artıb. Bu da onu göstərir ki, Azərbaycan əhalisi bölgələrdə istirahətdən yana seçim edirlər. Bu, əsasən, şimal-qərb zonasında Şəki, Qəbələ, İsmayıllı, Qax, şimal-şərq zonasında Quba, Qusar, Xaçmaz, cənub zonasında isə Lerik, Lənkəran, Astara və Masallıdır.

Eyni zamanda, təhlükəsizlik nöqteyi- nəzərdən bizim ölkənin sabit olduğunu göstərir. Bizd xidmətlərin çeşidi günü-gündən artır və yeni otellər fəaliyyət göstərir.

Gələcəkdə, ümumiyyətlə, nəinki Azərbaycan əhalisi, aldığımız proqnozlara görə son və gələcək aylarda Rusiyadan gələn turistlərin sayı artacaq. Bildiyimiz kimi, bu günləri Nazirlər Kabinetinin koronavirusla bağlı sərəncamı oldu. Belə ki, o sənədlərə artıq ehtiyac yoxdur. Deməli, Azərbaycana gələn turistlərin sayı daha da artacaq.

Bütün bölgələrimizdə insanların istirahəti üçün çox yaxşı şərait yaradılıb. Bu yay fəslinin yaxınlaşması ilə də bağlıdır. İnanırıq ki, əhalimiz Azərbaycanın bölgələrində istirahət edəcəklər. Bu həm daxili, həm də gəlmə turizmin inkişafına təkan verir. Həmçinin, bütün valyuta da Azərbaycanda qalır və bu yeni iş yerlərinin açılmasına kömək edəcək.

Dövlət Turizm Agentliyinin Mətbuat Katibi Gülnar Mustafayeva: “Bayramlarda və tətil günlərində paytaxt əhalisi daha çox şimal, şimal-qərb, qərb və cənub turizm koridorları üzrə olan turizm təyinat nöqtələrinə üz tuturlar.

Bu ərazilər şimalda Quba-Qusar, şimal-qərbdə Qəbələ, İsmayıllı, Şamaxı, Şəki, qərbdə Göygöl, Gəncə, cənubda isə Lerik və Lənkəran istiqamətləridir.

Bundan əlavə, bu il ilk dəfə olaraq Şuşaya turistik səfərlər təşkil olundu. Belə ki, mart ayının 18-də 1-2 günlük turistik səfərlər təşkil edildi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə