Türkiyəyə gələn turist sayında rekord artım qeydə alınıb

Türkiyə 2023-cü ilin ilk 2 ayında 4 milyona yaxın xarici turistə ev sahibliyi edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü ilin ilk 2 ayı üzrə turizm hesabatında bildirilib: ‘Türkiyə sözügedən dövrdə 3 milyon 876 min 381 xarici ziyarətçiyə ev sahibliyi edib. Bu da ötən ilin müvafiq dövrünə müqayisədə 37,31 faiz artım olduğunu göstərir’ .

Yanvar və fevral aylarında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkə Rusiya olub. Bu ölkəni sırası ilə Bolqarıstan və Almaniya, İran və Gürcüstan izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə