Antalya çimərlikləri turistlərlə doldu

Türkiyənin əksər bölgələrində əlverişsiz hava şəraiti təsirli olarkən, Antalyada isə yay aylarında hakim olan görüntülər müşahidə olunur.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə,isti havanı görənlər çimərliklərə axışaraq dənizə girib, günəş vannası qəbul edirlər.

Havanın temperaturunun 19 dərəcəyə qədər yüksəldiyi şəhərdə rütubət nisbəti 30 faiz, dəniz suyunun temperaturu isə 18 dərəcə olub.

Şəhərdəki vətəndaşlar və turistlər səhər saatlarından etibarən Konyaaltı çimərliyinə axın edib.

Bəziləri gəzməyə və idmanla məşğul olmağa, bəziləri isə günəş vannası qəbul etməyə və üzməyə üstünlük verir.

Onların bəzilərinin çimərlikdə balıq tutduğu müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə