Bu ölkələrdən Türkiyəyə turist gəlməkdə davam edir

Turizm potensialı yüksək olan ölkələrdən Türkiyəyə turist gəlməkdə davam edir.

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) İdarə Heyətinin sədri Firuz Bağlıkaya fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş şəhərlərin turizm bazarında mühüm yer aldığını bildirib.

SİA xəbər verir ki, F.Bağlıkaya bu bölgələrin xüsusilə qastronomiya və mədəniyyət turlarının vazgeçilməz destinasiyalar arasında olduğunu vurğulayıb.

F.Bağlıkaya zəlzələnin 2023-cü il turizm hədəflərinə təsiri ilə bağlı suala cavab verərək deyib ki, yaşadığımız bu böyük fəlakətin turizm sektoruna təsirini qarşıdan gələn günlərdə daha aydın görəcəyik. Bu mənada ITB Berlin turizm sərgisində keçirəcəyimiz təmaslar və görüşlər böyük əhəmiyyət kəsb edir. Türkiye ənənəvi olaraq turizm potensialının ən yüksək olduğu bazarlarda yenə də diqqət mərkəzindədir. Bu çərçivədə Almaniya, Rusiya, İngiltərə, Polşa və Hollandiya kimi ölkələrdən rezervasiya tələbləri ön plana çıxır.

7-9 mart tarixlərində Almaniyada keçiriləcək ITB Berlin sərgisində iştiraklarına toxunan F.Bağlıkaya ITB Berlin sərgisindən sonra beynəlxalq səviyyədəki təmasları davam etdirəcəklərini və dünyanın hər yerindən turistlərin ölkəyə cəlb edilməsi üçün çalışacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə