Çin sərhədlərini turistlər üçün nə vaxt açacaq?

Ruslar yaxın gələcəkdə Çinə turist kimi gedə biləcəklər - ən azı Pekində belə deyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya səfiri İqor Morqulov bildirib.

O xatırladıb ki, Rusiya artıq çinli turistlər üçün tam açıqdır və Moskva Pekindən də analoji addım gözləyir.

Rusiyanın Çindəki səfiri hesab edir ki, Çin yaxın gələcəkdə öz sərhədlərini rusiyalı turistlər üçün aça bilər.

İqor Morqulov, Çindən olan turistlərin Rusiyaya heç bir məhdudiyyət olmadan tətilə gələ bilmələrini xatırladaraq, Moskvanın hələ də Pekinin cavab qərarını gözlədiyini bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasından əvvəl Çin hər il bir milyona yaxın rusiyalı turist qəbul edib.

Ölkələr arasında nəqliyyatdan danışan səfir bildirib ki, Rusiya Federasiyası ilə Çin arasında hava əlaqəsi tədricən bərpa olunur, məsələn, Rusiyanın “Aeroflot”u Çinin üç şəhərinə - paytaxt Pekinə, Quançjou və Şanxaya həftədə üç reys həyata keçirir.

Ölkələr arasında hələlik hərəkət etməyən qatarlara gəlincə, Morqulov yaxın gələcəkdə dəmir yolu ilə də Çinə çatmağın mümkün olacağına ümid etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə