Almaniyadan gələn turist sayında rekord artım qeydə alınıb

2022-ci ildə Türkiyəyə Almaniyadan rekord həddə turist gəlib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinin internet saytının bölüşdüyü məlumata görə, Türkiyəyə 2022-ci ildə bir əvvəlki ilə müqayisədə gələn turist sayı 71,07 artaraq 51 milyon 387 min 513 nəfər olub.

Yanvar-dekabr dövründə ən çox ziyarətçi göndərən ölkələr arasında Almaniya 5 milyon 679 min 194 nəfərlə ilk sırada iştirak edib. Bu da göstərir ki 2022-ci ildə ölkəmizi ziyarət edən alman turist sayı 2021-ci ilə müqayisədə 12,74 faiz artıb. Almaniyanı isə sırası ilə Rusiya, İngiltərə, Bolqarıstan və İranlı turistlər izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə