Antaliyanın bir tərəfində üzdülər, bir tərəfində isə xizək sürdülər

... Çimərliyə cəmi 50 kilometr məsafədə olan Saklıkent Kayak Mərkəzində çox sayda adam isə xizək sürüb

Türkiyənin Antaliya turist şəhərində günəşli havadan faydalanıb dənizdə üzdülər, kanoedə əyləndilər.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, havanın və dəniz suyunun temperaturunun 18 dərəcə ilə ölçüldüyü Antaliyada yanvar ayının 3-cü həftəsi gözəl havadan yararlanmaq istəyənlər çimərlikləri doldurdu.

Konyaaltı, Lara və Sarısu çimərliklərinə gələnlərin bir qismi günəşləndi, bir qismi dənizə baş vurdu, bir qismi isə Aralıq dənizinin sərin sularında kanoe ilə avar çəkməyi seçdilər.

Çimərlikdə uşaqları ilə oyun oynayan ailələr günəşli havanın dadını çıxardılar.

Konyaaltı çimərliyi ilə üzbəüz yerləşən Beydağları zirvələri ilə qarla örtülməsi ilə diqqət çəkib. Çimərliyə cəmi 50 kilometr məsafədə olan Saklıkent Kayak Mərkəzində çox sayda adam isə xizək sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə