Epidemiyadan sonra Avropa İttifaqında turizm sektoru

Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci ildə üzv ölkələrdə bir gecəlik turist yerləşdirmə məlumatlarını dərc edib

Avropa İttifaqı (Aİ) ölkələrində 2022-ci il otel və hostel kimi turizm obyektlərində gecələmə sayı yeni növ koronavirus (Covid-19) epidemiyasından əvvəlki səviyyəyə yaxınlaşıb.

SİA xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci ildə üzv ölkələrdə bir gecəlik turist yerləşdirmə məlumatlarını dərc edib. Məlumata görə, epidemiyadan ciddi şəkildə təsirlənən Aİ turizm sektoru keçən il xeyli yaxşılaşıb.

Epidemiyadan əvvəl olan 2019-cu ildə 2 milyard 880 milyon olan turizm obyektlərində gecələmə sayı 2022-ci ildə 2 milyard 720 milyona çatıb.

Aİ ölkələrində turistlərin gecələməsi 2020-ci ildə 1 milyard 420 milyon, 2021-ci ildə isə 1 milyard 830 milyon olub.

2019-cu ildə Aİ ölkələrindən kənardan gələn beynəlxalq turistlərin yerləşdirilməsi 1 milyard 360 milyon olduğu halda, 2022-ci ildə bu rəqəm 1 milyard 190 milyonu keçib.

Xarici turistlərin gecələmə sayı 2020-ci ildə 412,5 milyon, 2021-ci ildə isə 587,8 ​​milyon təşkil edib.

Avropa İttifaqına üzv 3 ölkədə turistik gecələmərin sayı “Covid-19”dan əvvəlki səviyyələri keçib.

2022-ci ildə turist gecələmələri epidemiyadan əvvəlki dövrlərlə müqayisədə Danimarkada 12,3, Hollandiyada 3,9, Belçikada 0,5 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə