Tarixə şahidlik etmiş Perge Antik Şəhərini rekord sayda turist gəzib

Antalyanın Aksu rayonunda yerləşən Perge Antik Şəhərini 2022-ci ildə əvvəlki illə müqayisədə gəzənlərin sayı rekord həddə çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

2021-ci ildə 71 min 290 nəfərin ziyarət etdiyi qədim şəhəri 2022-ci ildə 140 min 291 nəfər gəzib.

Türkiyənin ən əhəmiyyətli qədim şəhərlərindən biri olan və eramızdan əvvəl 3000-ci illərdə salındığı təxmin edilən Perge antik şəhərininin ən az ziyarətçi qəbul etdiyi il 2020-ci olub. Buna “Covid -19” epidemiyası səbəb olub.

Antalya Mədəniyyət və Turizm Müdirliyinin hesabatına görə, 2020-ci ildə Pergeni 37 min 957, 2021-ci ildə isə 71 min 290 nəfər ziyarət etdikdə, şəhərin

2022-ci ildə qəbul etdiyi ziyarətçi rekord həddə artaraq 140 min 291 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə