Turistlərin sayının az olmasında əsas faktor NƏDİR? - TURİZM EKSPERTİ AÇIQLADI
"Azərbaycanda uçuş qiymətləri hava yollarına görə bahadır. Nəzərə alsaq ki, quru sərhədlərimiz bağlıdır və ölkəyə gəliş-gediş ancaq hava yolları ilə mümkündür". Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, tələbat çox olduğuna görə qiymətlər yüksəkdir: "Lakin ola bilər ki, alternativlərin sayı artırıla bilər. Məsələn, daha çox ucuz hava yolu şirkətləri xüsusi təşviq rüsumları ilə cəlb oluna bilər".
Ceyhun Aşurov sözlərinə davam edərək bildirib ki, ümumiyyətlə, ötürdüyümüz 2022-ci ildə turizmdə nisbətən gəlmələrin sayı bərpa olunub: "Azərbaycanda bu, təxminən 50%-ə yaxın, dünyada isə 60%-dir. Sərhədləri açıq olan və ya daha çox əlçatan olan ölkələrə gələn turistlərin sayı daha artıqdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, qonşu ölkələrlə müqayisədə bizim ölkəyə gələn turistlərin sayının az olmasında əsas faktor təyyarə biletlərinin qiymətlərinin baha olmasıdır. Ona görə də gələcəkdə bizdə lokosterlərin sayının artırılması, Bakıdan başqa digər beynəlxalq hava limanlarından səmərəli istifadə olunması kimi şərait yaradılarsa ölkəyə daha çox turistin gəlməsinə nail olmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB