Rusiyalı turistlərin seçimi yenə Türkiyə oldu

Rusiyalı turistlər Yeni ildə Türkiyəyə üstünlük veriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı turistlərin əksəriyyəti Yeni ili Türkiyədə qeyd etmək istədiklərini bildiriblər.
Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistik məlumatlara görə, 2022-ci ilin 11 ayında Türkiyəyə 42 milyon 164 min 954 əcnəbi turist gəlib. Bu çərçivədə Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 4 milyon 945 min 198-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə