Azərbaycan Daşkənddə keçirilən beynəlxalq sərgidə təmsil olunur - FOTOLAR

Azərbaycanın turizm potensialı Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd Beynəlxalq Turizm Sərgisi” – “TİTF 2022”də təbliğ olunur. DTA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə ölkəmizin turizm imknaları, xüsusilə müalicəvi və sağlamlıq turizm potensialı təbliğ olunur.

“İpək Yolu turizmi” mövzusuna həsr edilmiş sərginin ilk günündə baş tutmuş plenar sessiya zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın turizm sahəsindəki bu günədək olan təcrübələr və gələcək planlar haqqında təqdimatla çıxış edib.

Dekabrın 2-dək davam edəcək sərgidə Özbəkistandan olan turizm şirkətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün B2B (Biznesdən biznesə) görüşlər təşkil olunur, Azərbaycanın turizm məhsulları, müalicəvi kurortlar və hotellər haqqında məlumat verilir.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə, 2019-cu illə müqayisədə isə 6% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə