"Qış Turizmində" yüksəliş varmı? - TURİZM EKSPERTİ RƏY BLDİRDİ

"Turizm sahəsində oktyabr və noyabr ayı üzrə ölkəmizdə "LOW SEASON" yəni aşağı sezon müşahidə olunur. Amma onu da demək olar ki, dekabr ayının sonunda turizmdə yenidən canlanma müşahidə oluna bilər. Bu sözləri SİA-ya açıqlmasında turizm eksperti Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə dekabr ayı üzrə Rusiya və keçmiş MDB ölkələrində gələn turistlərin artımı ola bilər. Hal-hazırda isə həm paytaxtımızda, həm də bölgələrimizdə turizm sahəsində çox ciddi zəiflik var. Bunun da səbəbi sezonun zəifliyi ilə əlaqədardır. Ancaq bu zəiflik ilin sonunda artacaq və yenidən turizm bazarında canlanma olacaq. Yeni illə əlaqədar həm yerli müştərilərimiz, həm də xarici turistlər bölgələrimizə axın edəcəklər.

Turizm eksperti fikirlərinə davam edərək bildirib ki, zəifləmənin digər bir səbəbi də hal-hazırda Qətərdə davam edən futbol üzrə dünya çempionatıdır. Bununla da bizim ölkəmizə gələn turistlərin böyük əksəriyyəti ərəb dünyasındandır. Ərəb dünyasından gələn turistlər də bu dəqiqə ən çox maraqlı yer olan Qətəri seçiblər. Bilirik ki, futbol fanatlarının çoxu da gənclər və orta yaşlılar təşkil edir. Turizmin zəif olmasında digər bir səbəb də ondan ibarətdir ki, hal-hazırda quru sərhədlərimizin açılmaması bizim işlərimizə maneələr törədir. Quru sərhədlərimizin açılması əgər reallaşsaydı o zaman Rusiyadan gələn müştərilərimizin sayında çox ciddi bir artım olardı. Bəlkə də sentyabr ayı üçün 3-5 dəfə daha çox müştəri qəbul edə bilərdik. Ancaq quru sərhədlərinin bağlı olması ilə əlaqədər məcbur hava yollarından istifadə edən turistlərdə avia biletlərinin baha olmasına görə müəyyən vaxtlarda istirahət etməyi planlaşdırırlar. Amma biz ümid edirik ki, qış turizmi yaxınlaşır və xüsusi ilə də Qətərdə keçirilən futbol yarışı dekabrda sonlanır, bununla da biz dekabr ayının 20-dən turizm sahəsində müəyyən artımın olmasını gözləyirik".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə