Azərbaycan Paralimpiya yığma komandası tarixi uğura imza atdı - Deputat

Azərbaycanın Paralimpiya yığma komandası “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında tarixi uğura imza atıb. Yığma komandamızın idmançıları ümumilikdə 19 medal, o cümlədən 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq 78 medal qazanan ölkə arasında 10-cu yeri tutub.

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

Deputat bildirib ki, bu tarixi bir uğurdur: "Qazanılmış bu tarixi uğura görə Paralimpiya yığma komandamızın hər bir üzvünü səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik və gələcək yarışlarda yeni-yeni uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə