Azərbaycan şahmatçılarının da mübarizə apardıqları onlayn Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, 6 turdan sonra 18 yaşlı qızlar arasında şahmatçımız Gövhər Beydullayeva 5 xalla 3-cü yerdə qərarlaşıb. On iki yaşlı şahmatçılar arasında isə Cahandar Azadəliyev eyni xalla 3-4-cü yerləri bölüşür.
Qeyd edək ki, qitə birinciliyində 12, 14, 16 və 18 yaşadək şahmatçılar yarışırlar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB