Paracüdoçularımız dünya kuboku yarışlarında uğurla çıxış ediblər

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo komandası Tbilisidə keçirilən dünya kuboku yarışlarında uğurla çıxış edib. SİA-nın məlumatına görə, 15 ölkədən idmançıların iştirak etdiyi yarışda millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Qızıl medalı ölkəmizin aktivinə Hüseyn Rəhimli (81 kq) yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Murad Əliyev (60 kq) və Namiq Abbaslı (66 kq) isə bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...