Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarının NƏTİCƏLƏRİ

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

SİA xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" "Espanyol"u qəbul edib və darmadağına sevinib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər" isə səfərdə Portuqliya "Sportinq"i ilə münasibətlərinə aydınlıq gətirib. İstanbul klubu səfərdən məğlubiyyətlə qayıdıb. "Arsenal", "Roma", "İnter" kimi favoritlər günü qələbə ilə başa vurarkən, "Mançester Yunayted" heç-heçə ilə kifayətlənib.

Avropa Liqası, 1/16 final mərhələsi, ilk oyunlar

20 fevral


"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya) 2:1
Qol: Patrik, 56. Kovalenko, 72 – Pitsi, 67-pen.


"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya) 4:1
Qol: Kamada, 12; 43; 53. Kostiç, 56 – Huanq, 85-pen.

"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya) 0:2
Qol: Eriksen, 71. Lukaku, 90+4-pen.

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) 1:1
Qol: Dennis, 15 – Marsyal, 36.

ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya) 1:1
Qol: Deaç, 59-pen - En Nesiri, 82.

"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya) 1:1
Qol: Ndoye, 52 - Eduard, 14.

"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya) 2:0
Qol: Deyverson, 38. Kenedi, 90+3.

"Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə) 3:1
Qol: Koates, 3. Sporar, 44. Vietto, 51 - Vişça, 77-pen.

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) 3:2
Qol
: Haci, 67; 82. Aribo, 75 – Fransercio, 11. Ruis, 59.


"Roma" (İtaliya) - "Gent" (Belçika) 1:0
Qol
: K.Peres, 13.


"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç) 2:1
Qol
: Brekalo, 49. Mehmedi, 62 – Telin, 47-pen.


"Alkmaar" (Hollandiya) - LASK (Avstriya) 1:1
Qol
: Kopmeyners, 86-pen - Raquz, 26.

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə) 0:1
Qol
: Lakazette, 81.

APOEL (Kipr) - "Bazel" (İsveçrə) 0:3
Qol
: Petretta, 16. Stokker, 53. Artur, 66.

"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya) 2:1
Qol
: Alario, 29. Haverts, 57-pen – L.Dias, 73.

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya) 4:0
Qol
: Jota, 15; 67; 81. Neves, 52.


Qeyd edək ki, 1/16 finalın cavab görüşləri fevralın 27-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə