Mirça Luçesku Çempionlar Liqası barədə proqnoz verdi!

Ukrayna "Şaxtyor"unun baş məşqçi olan Mirça Luçesku, bir neçə gündən sonra start götürəcək UEFA Çempionlar Liqasının 1/8 final qarşılaşmaları barədə iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi bildirib ki, bu mərhələdəki bir çox qarşılaşmaların taleyi elə indidən məlumdur. O qeyd edib ki, "Barselona" "Milan"ı, "Qalatasaray" "Şalke"ni, "Yuvenyus" Seltik"i mübarizədən kənarlaşdıracaq. "Mançester Yunayted"-"Real" qarşılaşması barədə danışan M.Luçesku bildirib ki, bu qarşılaşmanın taleyini heç Fürgusyonla Maurinyo da bilmirlər. Onun qənaətinə görə, hər iki komanda eyni gücə malik olduqları üçün, bu qarşılaşmada hər bir sürpriz nəticə gözləmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə