“Barselona”nın baş məşqçisi Hansi Flik vinger Ansu Fati və müdafiəçi Erik Qarsiyanın xidmətində maraqlı deyil. SİA xəbər verir ki, hər iki futbolçu qış transfer pəncərəsində komandanı tərk edə bilər. Bu barədə “Diario Sport” məlumat yayıb.
Bildirlir ki, alman məşqçi bu iki futbolçunun rəqabətdə komanda yoldaşlarına uduzduğunu düşünür və onlar hesablaşmır. Onların qışda “Barsa”dan ayrılmaq istəmədiyi və yay transfer pəncərəsinə qədər gözləyəcəyi bildirilir. Əsas oyunçulardan biri zədələnərsə, hər ikisinin komandadakı vəziyyəti dəyişə bilər.
Bu mövsüm “Barselona” İspaniya La Liqasının turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Flikin komandası 16 oyundan sonra 37 turnir xalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə