Dövlət Komitəsi növbəti dəfə erkən evliliyin qarşısını alıb - QURUM RƏSMİSİ AÇIQLADI

" Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti dəfə erkən evliliyin qarşısını alıb". Bu fikirləri SİA-ya Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu bildirib.

Qurum rəsmisi qeyd edib ki, 30 sentyabr 2022-ci il tarixdə Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılmışdır. Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılmış, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilmişdir. Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilmiş, həmçinin valideynlik məsuliyyəti izah edilmişdir. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.

Teymur Mərdanoğlu həmçinin bildirib ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcburetmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə