Monitorinqlər Nəsimi rayonunda davam etdirilir - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış “Əməkdaşlıq Memorandumu” çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Nəsimi rayonunda davam etdirilib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayon ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması məqsəd ilə icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən ibarət monitorinq qrupları reydlər keçirib.

Küçə və prospektlərdə, park və məhəllələrdə aparılan monitorinqlərin nəticələri əsasında yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.

Növbəti mərhələdə təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.

Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı, Binəqədi və Nərimanovrayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş, ağaclar budanmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemləri qurulmuş və digər zəruri abadlaşdırma işləri görülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə