"DOST İş Mərkəzinin göndərişi ilə 150 nəfər işlə təmin edilib" - QURUM RƏSMİSİ AÇIQLADI

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST İş Mərkəzi bu günə qədər 120 mindən çox vətəndaşı ictimai işlərə cəlb edib. Pandemiya səbəbilə 2020-ci ildə ictimai iş yerlərinin sayı 90 minə çatdırılmışdır. 2021-ci ilin yanvarından 18 minə yaxın ictimai iş yerləri DOST İş Mərkəzinə ötürülüb". Bu barədə DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rüfət Seyidov məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, vətəndaşların əmək bazarına inteqrasiyası bizim əsas hədəflərimizdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial proqramları nəticəsində son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz artım olub. Bu həm də daha çox vətəndaşın sosial təminatla əhatələnməsi anlamına gəlir: "​Təkcə “Azərişıq” ASC-də 96 fiziki məhdudiyyətli şəxs, 81 müharibə veteran, 5 şəhid ailəsi üzvü “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin edilib. Hazırda vakant yerlərin doldurulması prosesində şəhid ailələrinin üzvləri, veteranlar və fiziki məhdudiyyətli vətəndaşlara xüsusi yanaşma tətbiq edilir. Onlar Məşğulluq Mərkəzlərində növbəsiz olaraq qəbul edilir və işlə təmin olunma prosesində tətbiq edilən növbə sistemindən azaddırlar.

“Vətən müharibəsi veteranlarının işlə təmin olunmasına gəlincə, hazırda DOST İş Mərkəzində 7 veteran çalışır və göndərişlə 10-larla veteran müxtəlif qurumlarda işlə təmin edilib. Yeri gəlmişkən, bu gün xüsusi əhəmiyyətə malikdir və DOST İş Mərkəzi olaraq Azərbyacanın milli maraqları, suverenliyi və qələbəsi naminə döyüşən veteranlarımıza sonsuz hörmətimizi bildiririk, şəhidlərimizin qarşısında baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz!” Bu arada YAŞAT Fondunun şəhid ailələri və veteranlarla bağlı tədbirlərə əlavə dəstəyin göstərilməsi məqsədilə DOST İş Mərkəzinin göndərişi ilə 150 nəfər işlə təmin edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə