2022-ci il ərzində bu istiqamətlərə daha çox səfərlər təşkil olunub - QURUM RƏSMİSİ AÇIQLADI-YENİLƏNİB

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın bütün bölgələrinə və Naxçıvan Muxtar Respublikası, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikasının müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Ölkəmizdə insanlar rayonlara səfər edərkən Beynəlxalq Avtovağzal Kompleksinin tərkibində fəaliyyət göstərən avtobuslardan istifadə edə bilərlər. Avtobusların tərkibində bir neçə xidmət var. Avtovağzalda nə qədər avtobus fəaliyyət göstərir? Onların arasında yeni avtobuslar varmı? 2022-ci il ərzində avtovağzaldan ən çox hansı istiqamətə sərnişin daşınıb?

Mövzu ilə əlaqədar olaraq SİA Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinə müraciət edib. Müraciət əsnasında qurumun mətbuat katibi Samir Səfərov cavab verib.

Qurumun mətbuat katibi qeyd edib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən çıxmaqla 150 iri tutumlu avtobus müntəzəm, 250 mikroavtobus isə qeyri-müntəzəm reyslə sərnişindaşımanı həyata keçirir: “İri tutumlu avtobuslardan buraxılış ili 2015, mikroavtobuslardan isə 2021-ci ilin istehsalı olan nəqliyyat vasitələri var. Avtobusların yenilənməsi daşıyıcıların təşəbbüsü və sərnişindaşımanın rentabelliyi ilə əlaqəlidir. Avtobuslar daşıyıcı şirkətlərə məxsusdur. 2022-ci il ərzində daha çox səfər olunan istiqamətlər Bakı – Qırmızı Körpü, Bakı – Gəncə, Bakı – Mingəçevir və Bakı – Quba marşrutu olub”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə