Hava şəraiti insan psixologiyasına təsir edir? - PSİXOLOQ DANIŞDI

Hava şəraiti insan psixologiyasına təsir edir? - PSİXOLOQ DANIŞDI

“Havanın birdən-birə dəyişməsi insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, onların psixologiyasında da müəyyən dəyişikliyin baş verməsinə səbəb olur”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Psixoloqun sözlərinə görə, bəzi insanlar var ki, onların hava ilə bağlı müəyyən xatirəsi və ya qorxusu var: “Buna görə də havanın dəyişməsi onlara şüuraltı olaraq təsir göstərir. Biz uşaqlıqdan eşitmişik ki, yağış yağırsa hava pisdir və s. Yəni artıq bu siqnallar bizə ötürülüb deyə avtomatik olaraq hava soyuduğu zaman pis bir şeylərin olacağını zənn edir. Bu səbəbdən çox adam payız fəslini sevmir. Havanın dəyişkən olması insanın sağlamlığında müəyyən problem yaratmayıbsa, yalnız psxiloji olaraq ona yaxşı təsir etmirsə bu halı aradan qaldırmaq mümkündür. Bizim beynimizdə uşaqlıqdan gələn müəyyən siqnallar varsa, indi onları dəyişib, kontrol etmək öz əlimizdədir və biz artıq uşaq deyilik. Biz havadan zövq almağı və onu qəbullanmağı öyrənməliyik. İnsanlara təklif edərdim ki, onlarda hava şəraiti ilə bağlı hansısa bir pis xatirəsi varsa indi onları xoş bir halmış kimi qəbul etsinlər. Biz heçnəyi dəyişməsək yenidən eyni şeylər baş verəcək. Bu cür fobiyaları, asıllıqları ətrafımıza ötürə bilirik. Ona görə də hər kəsə mövzuya ciddi yanaşmamalarını tövsiyyə edirəm”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə