Azərbaycanda tullantılarla bağlı nə kimi işlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI
Müasir dövrün mühüm sosial iqtisadi və ekoloji problemlərindən biri tullantılardır. İnsanların istənilən sahədə fəaliyyəti zamanı maddi nemətlər və xidmətlərlə yanaşı tullantılarda yaranır. Tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyidir. Müxtəlif tipli tullantılar bir yerə atıldıqda bir yığın zibil kütləsi əmələ gəlir. Bunun qarşısını almaq üçün tullantıların çeşidlənməsi ən perspektiv üsuldur.Tullantıların çeşidlənməsi zibilin yandırılaraq atmosferə vurduğu ziyanın da qarşısını alır. Nəticədə ətraf mühitə zərərli təsir də azalır. Bəs Azərbaycanda tullantıların çeşidlənməsi ilə bağlı nə kimi işlər görülür? Çeşidləmə prosesini hansı qurum həyata keçirir? Mövzu ilə əlaqədar SİA Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edib. Müraciət əsnasında suallarımıza departamentin hüquqşünası Qədir Məmmədov cavab verib.
Qurum rəsmisinin sözlərinə görə, ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanması işləri sürətlə davam edir: "Bu işlərin əsas məqsədi paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.
Bununla əlaqədar şirkətin 2 mütəxəssisi - Alex Symeonidis və Nick Wilson Bakıdadırlar və onların rəhbərliyi ilə yeni yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının Idarə Edilməsi Üzrə Monitinq Mərkəzində 2 həftə ərzində ərazidən yığılmış məişət tullantılarının kompozisiyası araşdırılır. Bu müddət başa çardıqdan sonra yekun nəticələrə əsasən məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tədbiq edilməsi üçün lazımi qərarlar veriləcək. Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub.
Bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına həyata keçirilir. Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilrb. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birlitinin rəisi Elçin Həşimov bildirmişdir ki, əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Iyul ayından bu günə kimi artıq 10 monitorinq keçirilmiş və hər dəfə müsbət irəliləyişlər qeydə alınmışdır. Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB