Əhəd Abıyev: "“Kanal13” həmin obyektlərin mənə aid olduğunu sübut etsə..." - SƏRT REAKSİYA

İki gün öncə “Kanal13”ün youtube internet kanalının “Bumeranq” verilişində “Masallının “KRAL”ı Əhəd Abıyevin TOPDAĞITMAZ NƏHƏNG SƏRVƏTİ: Hotellər, restoranlar, lüks villalar...” başlıqlı süjet efirə gedib. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək, deyilənlərin həqiqətə uyğun olub-olmadığını aşkara çıxarmaq üçün Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə əlaqə saxlayıb.

İcra başçısının məsələyə münasibəti, necə deyərlər "daşları yerində oturtdu": "Bu, tamamilə əsassız, qərəzli, uydurulmuş, heç bir həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət videodur. Qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə artıq Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə tərəfimizdən müraciət edilib. Bilərəkdən, məkrli niyyətlə aparıcı Arzu Sayadoğlunun təqdimatında hazırlanmış şər-böhtan xarakterli məluatları özündə ehtiva edən qərəzli video ilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı olaraq mənim işgüzar nüfuzumu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildirirəm ki, ictimai fikri çaşdıran bu videodakı məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Əgər “Kanal13”ün əməkdaşı kadrlarda göstərilən obyektlərin, evlərin heç olmasa birinin mənə aid olduğunu sübut etsə, həmin obyekti, evi ona bağışlayaram. Xatırladım ki, heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir".

Ə.Abıyev Kütləvi informasiya vasitələri ilə Baş prokuror hörmətli Kamran Əliyevdən və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən xahiş edib ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan “Kanal13” internet kanalı barəsində qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumat yayanlar məsuliyyətə cəlb edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...