Koronavirus pandemiyasi ilə beynəlxalq mübarzəyə Azərbaycan töhfəsi

"2020-ci il bütün dünyanı ,o cümlədən ölkəmizi çətin sınaq qarşısında qoydu. 2019-cu ilin dekabrında Çində başlayan Covid-19 pandemiyası tezliklə bütün dünyaya yayıldı və dünya dövlətlərini sınağa çəkdi.Pandemiya başlayana qədər dünyanada etalon sayılan, qabaqcıl səhiyyə sisteminə malik Almaniya, İtaliya, Fransa kimi ölkələr pandemiya qarşısında çətin durumda qaldı,tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı ,xəstələr arasında çoxsaylı ölüm halları humanitar fəlakət həddinə çatdı. Bu ölkələrdə xəstəxanalarda yer qıtlığı və tibbi personalın çatışmazlığı bütün xəstələrə lazımi tibbi köməyin göstərilməsinə imkan vermədi. Xəstəxana dəhlizlərindəki xəstələrin köməksiz vəziyyəti, tibb işçilərinin ürəkləri dağlayan yalvarışları hələ də gözlərimiz önündən getmir". Bu fikirləri "Səs" qəzetinə aciqlamasinda YAP Suraxanı rayon təşkilatının sədr müavini Ceyran Novruzova bildirib.

O təəssüflə qeyd edib ki, Covid-19 infeksiyası ölkəmizdən də yan keçməyib: "Prezidentin təşəbbüsü ilə 2020-ci ilin mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Prezident tərəfindən bu fonda 20 milyon manat vəsait ayrıldı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın öz əmək haqlarını bu fonda köçürmələri bir nümunəyə çevrildi. Dövlət başçısının bu çağırışına ölkəmizdən və dünyada yaşayan azərbaycanlılardan dəstək gəldi. Vaxtında ölkədə xüsusi karantin rejimi yaradılması digər ölkələrdə olan faciəvi sonluqların vətənimizdə yaşanmasının qarşısını aldı. Prezident İlham Əliyevin koronavirusla mübarizə məqsədilə 10 modul tipli xəstəxananın tikilməsi haqqında Sərəncamı xəstəxanaların çarpayı ehtiyatını artırmağa böyük kömək oldu. Ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar peşəkar həkim personalı ilə koronavirusla mübarizə üçün hazır vəziyətə gətirildi. Ən mühüm addımlardan biri isə qısa müddət ərzində tibbi vasitə müəssisələrinin fəaliyyətə başlaması oldu. Artıq dezinfeksiya vasitələri, tibbi maskalar, həkimlərin geyindiyi xüsusi geyim və kombinezonlar öz ölkəmizdə istehsal olunur. Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı mübarizəsi təkcə ölkəmizlə məhdulaşmır,beynəlxalq arenada da baş verir. Pandemiyaya qarşı öz vəsaiti hesabına aparan Azərbaycan fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərib. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərilmişdir. Beləliklə, Azərbaycan 29 ölkəyə humanitar yardım göstərmişdir".

Ceyran Novruzova qeyd edib ki, dövlətimizin pandemiyaya qarşı beynəlxalq mübarizəyə digər böyük töhfəsi Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşündə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətin qəbil olunmasıdır: "Prezident İlham Əliyevin bu təklifinin 130 dövlət tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, sessiyasının keçirilməsi əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu bildirmişdir. İnanırıq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq BMT Baş Assamleyasının xüsusi sessiyası beynəlxalq ictimayyəti pandemiya ilə mübarizəyə tam səfərbər edəcək, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə olacaqdır".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...