“Ay Əli, mənə niyə xəyanət etdin?”

"Palitra" qəzetinin Baş redaktoru Namiq Əliyev facebook səhifəsində maraqlı, həm də düşündürücü bir status (qeyd) paylaşıb. SİA həmin qeydləri dəyərli oxucuların diqqətinə çatdırmaqla bir daha əmin edir ki, xəyanət həyatda qazanılmır, insanın genində olur. Bu, bir xarakter, həyat tərzidir.

N.Əliyevin qeydləri: "Mən universitetə qəbul olanda Əbülfəz Elçibəyi yenicə həbs etmişdilər. Universitet dəhlizlərində onun haqqında danışanlar ən çox təəssüflənirdilər ki, yaxın çevrəsində olanlar Əbülfəz müəllimə xəyanət ediblər. İllər keçdi, Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsini qurdu, hakimiyyətə gəldi, ölkənin prezidenti seçildi, lakin bir il sonra devirdilər və getdi kəndlərinə… Maraqlıdır ki, bu dəfə də yaxın ətrafında olanlar, yüksək vəzifə verdiyi şəxslər ona xəyanət etdilər. Bu xəyanətkar dəstənin başında isə Əli Kərimli dururdu. Əli Kərimli iqtidarla əməkdaşlığa getdi, deputat mandatı aldı, Elçibəyin AXC-sini 4-5 yerə parçaladı, öz qəzetlərində onun şəxsiyyətini təhqir etdirdi və s. Beləliklə də ölkədə normal müxalifət partiyasının yaranmasına imkan vermədi. İndi isə elan edir ki, gedəcək Elçibəyin qəbrini ziyarət etməyə… Deyirlər ki, insan qəbirstanlığa gedəndə, qısa müddətə də olsa, vaxtilə etdiyi pis əməllərindən peşman olub, tövbə etmək istəyir. Maraqlıdır, heç olmasa Elçibəyin məzarı önündə Əli Kərimli tövbə edə biləcəkmi?

Yadıma Rəsul Həmzətovun Şeyx Şamillə bağlı bir etirafı düşdü. Həmzətov gənc yaşlarında Şeyx Şamilin əleyhinə şeir yazır. Elə həmin gecə Şeyx Şamil onun yuxusuna girir və deyir: ”Mənə düşmən çox yara vurmuşdu, birini də sən vurdun”. Düşünürəm ki, görəsən Elçibəy Əli Kərimlinin yuxusuna girib, deyibmi ki, “Ay Əli, mənə niyə xəyanət etdin?”.

Bütün xəbərlər Facebook səhifəmizdə