"Bəzi ölkələrdə uşaqların "TikTok"a girişi qadağan edilib" - Elgün Səfərov
"Azərbaycanda süni intellektlə bağlı uşaqların müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir". SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət" mövzusunda keçirilən dəyirmi masada təklif səsləndirib.
O qeyd edib ki, Fransa, Böyük Britaniya və s. ölkələr artıq bu planı qəbul edib: "Həmçinin bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə