Maykl Duqlas: “Xəstəliyimin səbəbi içki və siqaretdir”

Amerikanın məşhur aktyoru Maykl Duqlas xərçəng xəstəliyindən əziyyət çəkir. Boğaz xərçəngi ilə mübarizə aparan Maykl Duqlas xəstəliyi ilə əlaqədar ilk dəfə açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, boğazında xərçəng xəstəlyinin aşkar edildiyini açıqladıqdan sonra ilk dəfə media qarşısına çıxan oskar mükafatçısı Maykl Duqlas sağlamlığı haqqında insanları maraqlandıran suallara aydınlıq gətirib.

Boğaz xərçəngi diaqnozunun üç həftə əvvəl qoyulduğunu deyən Duqlas, xəstəliyinin dördüncü səviyyədə olduğunu və həkiminin qərarıyla dərhal müalicəyə başlandığını bildirib.

"Sağalma ehtimalım 80 faizdir" - deyən məşhur aktyor, xəstəliyinin səbəbinin uzun illər olaraq içki qəbul etməsi və siqaret aludəçisi olması ilə əlaqələndirib.

Bundan başqa heç bir əməliyyat olunmayacağını bildirən 65 yaşlı aktyor müalicəsinin yaxşı getdiyini və yoldaşı Katerina Conesin ona böyük dayaq olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...