Brüssel görüşü Ermənistanın həqiqətləri anlaması ücün növbəti şansıdır - TƏHLİL

Sənan Həsənov: YAP Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Brüssel görüşü praktiki baxımdan müharibənin sona catması ilə həllini gözləyən bir sıra məsələlərin dövlət başcıları tərəfindən razılığa gəlməsini və zəruri öhdəliyin yerinə yetirilməsində mühüm siyasi mərhələni ifadə edir. Məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat tərəflər üçün yeni öhdəliklər yaratmışdır. Bu öhdəliklər müharibənin başa çatdığı vaxtdan bu günədək dövlət başçıları arasında bir neçə görüşün müzakirəsi kimi Azərbaycan tərəfindən tam şəffaf və anlaşıqlı olaraq qarşı tərəfin diqqətinə çatdırılıb və özünün üzərinə düşən sülh səylərini yerinə yetirəcəyini tam ifadə edib. Rusiya Prezidentinin, Avropa İttifaqının təşəbbüsü ilə baş tutan 4 görüşün hər birinin müəyyən dərəcədə sülhə yaxınlaşmağa imkan yaratması kimi qənaətimiz reallığı əks etdirir.

Xatırlayaq ki, 2022-ci ilin aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan üçtərəfli görüşün nəticəsi olaraq həm Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması üçün danışıqlar aparılması istiqamətində xarici işlər nazirlərinə təlimat verildi, həm də 2021-ci il noyabrın 26-da imzalanmış Soçi bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının aprelin sonuna qədər çağırılması qərara alındı. Həmin komissiya Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası, sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi kimi mandata da sahibdir. Bu istiqamətdə cox mükəmməl və dəqiq mövqeyə malik olan Prezidenti İlham Əliyev bütün görüşlərdə sülh üçün etdiyi səylərin əsasında sabitlik, mehriban qonşuluq, regional əməkdaşlıq və birgəyaşayışın sivil prinsiplərinin dayandığını ifadə etmişdir. Ermənistan tərəfi postmüharibə dövründə bu təkliflərdən nə qədər yayınmaq istəsə də, reallığı dərk etməyə məcburdur.

2022-ci il may ayının 22-də Brüsseldə növbəti görüş fikrimizin sübutudur. Bu görüş də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və təşəbbüsü ilə baş tutmuşdur. Əslində Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb. Prinsiplər sivil, ölkələrarası qonşuluq münasibətlərinin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və Azərbaycanın ərazi bütövlüyü toxunulmaz olaraq müzakirə mövzusu deyil. Bu reallığı yaradan Azərbaycan diplomatiyasının qələbəsi odur ki, Avropa İttifaqı və əksər dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və üçtərəfli görüş təşəbbüslərini irəli sürən tərəflər bundan sonra ancaq regionda sülh və sabitliyin təmin olunmasına töhfə vermək kimi missiya haqqında düşünməlidirlər. Əgər Ermənistan tərəfi ona yaradılmış bu real imkanlardan və Avropa İttifaqının təşəbbüslərindən istifadə edərsə sülh sazışının imzalanması ilə dividentlərə nail ola bilər və o da aydındır ki, indi Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərindən kənar hansısa müzakirənin mümkünsüzlüyü hamıya bəlli olan bir reallıqdır. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların yaradılamsı isə sülh prosesinin prioritet məsələlərindən biri kimi kommunikasiyaların və iqtisadi əlaqələrin bərpasına yol açır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikoyl Paşinyanın 22 may 2022-ci ildə Brüsseldə keçirilən görüşünün nəticəsi olaraq bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı imzaladıqları Birgə Sərhəd Komissiyanın yaradılmasına, sülh sazişi üzərində işləməyə dair razılaşmaları, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılmasına dair əldə edilən razılaşmalar sülhün əldə edilməsi üçün ən yaxşı baza prinsipləri kimi qəbul edilməlidir.

Lakin bir faktı qeyd etməliyik ki, Ermənistan tərəfinin anlaşılmaz mövqeyi davam edərsə, reallıqdan kənar olan bəsit təsəvvürlər üzərində qurularsa növbəti dəfə bütün sahələrdə onların iflası qaçılmazdır. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan Brüssel görüşündən sonra Nazirlər Kabinetinin növbəti iclasında aşağıdakı fikirlrəi söyləmişdir. “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə gələcək sülh sazişi ilə bağlı hazırlıq işlərinə başlamaq, danışıqlar aparmaq və təmaslar yaratmaq tapşırığı verilib. Sülh sazişi ilə bağlı Azərbaycanın təqdim etdiyi təkliflərində Ermənistan üçün qəbuledilməz bir şey yoxdur, lakin onlar gündəlik məsələlərini tam əks etdirmir. Dağlıq Qarabağ xalqının (“Dağlıq Qarabağ xalqı” ifadəsi isə növbəti erməni mifidir-S.H.) təhlükəsizlik qarantiyaları, hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın son statusunun dəqiqləşdirilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir. Bu məsələlər sülh sazişi üzrə Ermənistanın cavablarında əks olunur və "danışıqlar gündəliyinə daxil edilməlidir". Güründüyü kimi Ermənistan rəhbərliyi və xalqı həqiqətləri dərk etməkdə hələ də aciz və dərin məntiqlə fikirləşməyə qadir deyillər. Bu artıq zamanın işi deyil, adi həqiqətləri görmək və anlamaq qabiliyyətidir. Çünki artıq Avropa və dünya anlayıb ki, Qarabağ Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...