Vandalizm təzahüründə erməni simasızlığı - TƏHLİL

Ermənilərin törətdikləri vəhşiliklər, işğal altında saxladıqları torpaqlarda barbarlıq əməlləri barədə az qala əsrin üçdə birinə yaxın müddət ərzində bütün dünyaya bəyan etdik və nəhayət torpaqlarımızı işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti bunu öz gözü ilə görməli və etiraf etməli oldu. Hətta erməni əsilli siyasətçilər, ictimai fəallar belə Azərbaycan həqiqətlərini, reallıqları, ermənilərin vəhşiliklərini, vandallıqlarını, barbarlıqlarını etiraf edirlər, bunun insanlığa sığmayan əməllər olduğunu açıq şəkildə ifadə edirlər. Sözsüz ki, erməni vəhşilikləri silinməz izlər buraxıb, hansıki bunu təkzib etmək də mümkün deyil və dağıdılmış şəhərlərimizin, kəndlərimizin, yaşayış məntəqələrimizin görüntüləri vandalizm təzahüründə erməni simasızlığını ortaya qoyur.

İşğaldan azad etdiyimiz ərazilərimizdə ermənilərin bir dənə də daşı daş üstə qoymadıqlarını görəndə ilk növbədə adama elə gəlir ki, bu ərazilərə sanki hidrogen bombası atılıb. Bir dənə də tikili salamat qalmayıb, bir dənə evin qapısı, pəncərəsi, üstünün örtüyü yoxdur, divarları belə uçurulub. Bu mənzərəyə baxanda oradakı evlərin orta əsrdən qalma baxımsız tarixi tikililər, hətta xarabalıqlar olduğu qənaətinə gəlmək olar, halbuki, 20-30 il bundan əvvəl bu evlər nəinki yaşayış üçün yararlı idilər, həmin evlərdə insanlar yaşayırdılar, eyni zamanda onlar öz təmtərağı ilə könül oxşayırdı. Burada müvəqqəti də olsa məskunlaşanların hansı dərəcədə vəhşi olduqları sualı istər-istəməz adamı düşündürür. Bəzən elə zənn olunur ki, bunlar bir dağıdıcı təbiət hadisəsinin, məsələn, tornadonun buraxdığı izlərdir, halbuki, bu ərazilərdə həmin təbiət hadisəsinin baş verməsi mümkünsüzdür və heç zaman da olmayıb. Elə isə, işğaldan azad olunmuş bu ərazilərdə, bu dağıntılara məruz qalan ərazilərdə nə, yaxud nələr olub? Bəli, kimlər yox, nələr. Çünki, əməlləri müqabilində bu vəhşilikləri, barbarlıqları törədənlərə kim sualını vermək belə olmur və bunlar insanlığa sığmayan əməllər hesab olunduğu üçün onların nə olduğu ortaya çıxır.

Özlərini hər zaman “sivil” insanlar kimi təqdim etməyə cəhd edən ermənilərin əsl siması, daha dəqiq desək, simasızlığı ortadadır və bu mif də darmadağın oldu. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə vandalizmin təzahürləri məhz erməni simasızlığını, ermənilərin mahiyyətini açıq-aşkar nümayiş etdirir. Ermənilərin özlərinin özləri barədə fikir formalaşdırmaq istədikləri “sivil” insan obrazı bir yana, bunların heç insan olub-olmadıqları artıq şübhə doğurur, özü də bütün dünyada. Məşkunlaşdıqları əraziləri darmadağın edən, dağıdan canlıların hər halda hansı qrupa aid olduqları, bunların ən azından insan ola bilməyəcəyi düşüncəsində hər kəsin olması tam məntiqidir.

Artıq ermənilər arasında bir çoxları belə öz vəhşiliklərindən dəhşətə gəlməyə başlayıblar və bunu gizlətmirlər də, açıq-aşkar etiraf edirlər. Etiraf edirlər ki, belə bir dağıntı bəşər tarixində görünməmiş hadisələrdəndir. Bu dağıntıları kütləvi qırğın silahlarının törətdiyi dağıntılarla, Monqol-Tatar işğalındakı dağıntılarla müqaisə edən ermənilər də var və onlar bunu sosial şəbəkə hesablarında aşkarcasına bəyan edirlər. Məsələn, erməni fəal Ruben Vardazaryan “Facebook” sosial şəbəkəsində “Bizimkilər doğrudanmı Ağdam və Zəngilanda hidrogen bombasından istifadə edib?”, sərlövhəsi ilə status yazıb və orada ermənilərin 30 ilə yaxındır işğal altında olan Azərbaycan torpaqlarında törətdikləri vandalizmə diqqəti cəlb edib, bu vandalizmi də “Monqol-tatar istilası” ilə müqayisə edib. O, hətta aşkar formada yazır ki, ermənilər doğulan uşağın beyninə yeritməyə başlayırlar ki, guya erməni xalqı Avropada, eləcə də dünyada ən “mədəni” xalqdır, amma görüntülər və reallıqlar bunun əksini təsdiq edir. Təsdiq edir ki, bu barbarlar əslində ən vəhşi imişlər və bunların törətdiklərinin insanlıqla heç bir əlaqəsi ola bilməz. Ağdam kimi yaraşığı dillər əzbəri olan bir şəhərdə bir dənə də salamat tikili saxlamayan, bu əraziləri xarabalığa çevirən ermənilər elə təəssürat yaradıblar ki, guya dunyada Ağdam adında bir şəhər ümumiyyətlə olmayıb.

Azərbaycanlılar məcburi şəkildə evlərini tərk etdikdən sonra bunlar, bu ermənilər azərbaycanlılara məxsus evləri qarət etdiklərinə görəmi, yoxsa qarət etməklə kifayətlənməyib həmin evləri dağıtdıqlarına, bəzilərini yandırdıqlarına görəmi özlərini “mədəni”, yaxud da “sivil” adlandırırlar? Bu törətdikləri əməllərlə dedikləri arasında kəskin fərq, təzad var və bunu özlərindən olanlar da onlara xatırladırlar. Ən dəhşətlisi odur ki, erməni fəal Ruben Vardazaryan kimiləri başqalarına, daha dəqiq desək, azərbaycanlılara məxsus evlərin qapı-pəncərələrini, üst örtüklərini söküb oğurlamağa nə ad vermək barədə öz mənsub olduğu xalqın nümayəndələrinə sual edir. Bunun talançılıq, oğurluq olduğu qənaətində olduğunu deyən erməni fəal bununla öz mənsub olduğu xalqı təhqir etmək bahasına da olsa həqiqətləri etiraf edir, reallıqları ortaya qoyur. “Ağdamda bir dənə də olsun divar belə qalmadı”, deyən erməni fəal Vardazaryan müsəlman qəbirlərinin qazılaraq ölülərin qızıl dişlərini çıxaran soydaşlarının mahiyyətini, əslində isə simasızlıqlarını gizlətmir. Həqiqətən də bu gizlədiləcək, üstü örtüləcək, hansısa don geyindiriləcək bir məqam deyil və insan nə qədər insalığını itirməli, nə qədər vəhşi və şərəfsiz olmalıdır ki, ölünün qızış dişini qəbirdəcə çıxarsın, bir sözlə, qəbirləri belə qarət etsin, hansıki bunu da erməni fəal görməməzliyə vura bilmir, nəinki dünya ictimaiyyəti.

Bir azca ağlı başında olan erməni özlərinin törətdikləri vandallıqlara, barbarlığa baxaraq düşünür və bunun onların mahiyyətini, simasızlıqlarını bütün dünyada üzə çıxardığını dərk edir və bundan narahatlığını da gizlətmir. “İndi dünyaya nə deyəcəyik?”, deyən erməni fəal Vardazaryan təəccüblə qeyd edir ki, sanki Tornado Azərbaycanın 1/4 hissəsini dağıdıb. Bu fikirləri bir erməni dilə gətirir, etiraf edirsə, deməli, bütün dünya ictimaiyyəti bunun adının nə olduğunu daha yaxşı bilir. Ən azından ermənidən yaxşı bilir hər kəs ki, bu vandallığın adı nədir. “Azərbaycan mülki obyektləri ilə nələr etdiyinizi görüb erməni xalqının “sülhsevər” və sırf “azadlıq” mübarizəsinin həqiqiliyinə kim inanacaq?”, deyən Ruben adlı həmin o erməni fəal sanki bütün ermənilər haqqında hansı təsəvvürün yarandığı barədə narahatlığını biruzə verir.

Düşmən də olsa, həqiqəti söyləyir erməni fəal Vardazaryan və ermənilərin 30 ilə yaxın işğalda saxladıqları, Azərbaycanın işğaldan azad etdiyi həmin torpaqları haqlı olaraq Çernobıla bənzədir. Müsəlmanlara məxsus ibadət yerlərində, məscidlərdə donuz, mal-qara saxlanılması faktı da artıq dünya ictimaiyyətinə sirr deyil və belə baxanda erməni fəalın bunun barəsində bildirməyi də yenilik deyil. Ən əsası odur, o qeyd edir ki, son onilliklər ərzində Ermənistanda heç kim bu barədə danışmadı, yazmadı və bu faktı pisləmədi. Məsələ burasındadır ki, erməni simasızlığının hansı həddə olduğu əslən erməni olan Vardazaryanın özünə də tam şəkildə aydın deyil və bəlkə də ağlına belə gəlmir ki, bu faktlar Ermənistanda heç kimi narahat etməyib, əksinə, düşünülmüş şəkildə, düşmənçiliklə, vəhşiliklə edilib.

Xatırlayaq ki, birinci Qarabağ müharibəsi dönəmində azərbaycanlılar, qapılarını bağlayıb, açarını da 30 ilə yaxın göz-bəbəyi kimi saxlamaqla öz ata-baba yurdlarını, evlərini tərk etmişdilər. Bir dənə evin ən xırda mismarına belə toxunulmadan tərk edilmişdi. Bu zaman yurd-yuvalarını təkrk edənlərin qarşılarını kəsən ermənilər onların canlarını belə xilas etmələrinə imkan verməmişdilər. Ermənilər isə, ərazilərimizi tərk etmələri üçün onlara güzəşt olaraq, humanistcəsinə verilən vaxtdan sui istifadə edərək nəinki salamat qalan evləri dağıtdılar, yandırdılar, hətta həyətyanı ərazilərindəki açacları belə kəsib apardılar ki, buna insanlıq demək olmaz, bu simasızlıqdır, vandalizm təzahüründə erməni simasızlığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə