"Prezidentin addımları hər birimiz üçün nümunə olmalıdır!" ÖZƏL-MÜNASİBƏT

"Bildiyiniz kimi, koronovirus infeksiyasının vətəndaşlarımızın sağlamlığına, ölkəmizin sosial iqtisadi həyatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısı İlham Əliyevin Liderliyi ilə son aylarda böyük işlər görülüb. Həyata keçirilən tədbirlər bir tərəfdən virusun insan sağlamlığına təsirinin qarşısını almaq məqsədi daşıyırsa, digər tərəfdən iqtisadi subyektlərin, sahibkarların, əmək fəaliyyəti ilə məşğul olanların, işləməyənlərin maddi itkilərinin azaldılmasına və dövlət tərəfindən qarşılanmasına xidmət edir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan pandemiyanın yaratdığı vəziyyəti nəzarətə alan ilk ölkələr sırasındadır: "Bunu Ümumdünya Səhiyyə Təşkilatının cənab İlham Əliyevə dəfələrlə ünvanladığı təşəkkür məktubları da sübut edir. Lakin sərt karantin rejiminin yumşaldılması, bunun nəticəsində bir sıra insanların tövsiyyə olunan sanitar- epidemioloji qaydalara əməl etməməsi, həmçinin, sosial şəbəkələrdə bəzi şayiələrin, düşmən qüvvələrin məqsədyönlü şəkildə yaydıqları feyk informasiyaların fonunda yoluxmaların sayı artıb. Son günlərin statistikası heç də ürəkaçan deyil. İnfeksiyaya tutanların sayı sağalanları xeyli üstələyib. Bu səbəbdən karantin rejiminin yenidən sərtləşdirilməsi gündəmdədir. Bu, həftə sonları tam qapanma tədbirlərini nəzərdə tutur. Burada məqsəd birdir-insanlarımızın həyat və sağlamlığıni qorumaq!

Qapanma tədbirləri heç kəsi narahat etməməlidir. Dərhal dükan - bazara qaçmağa, narahatçılığa heç bir ehtiyac yoxdur. Belə ki, ölkəmizdə kifayət qədər ərzaq ehtiyatı, gündəlik istehlak mallarının, tibbi maska və dezinfeksiya vasitələrinin rezervi yaradılıb. Gərəkdir ki, hər bir kəs öz şəxsi həyatı və cəmiyyət qarşısındakı məsuliyyətini başa düşsün, mövcud tələb, tövsiyələrə riayət etsin.

Bildiyiniz kimi, Prezident İlham Əliyev bu günlərdə Tərtər, Ağcabədi rayonunlarına səfərdə olub, bir sıra vacib obyektlərin açılışında iştirak edib, vətəndaşlarla görüşüb. Ölkə rəhbərinin bu tədbirlərdə qoruyucu maskadan istifadə etməsi, sosial məsafə və digər müvafiq tövsiyələri gözləməsi hər birimiz üçün nümunə olmalıdır!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə