"Azərbaycan mənim qəlbimdə səxavətliliyi və qonaqpərvərliyi ilə qalacaq"
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard Bakıda diplomatik missiyasının başa çatması münasibəti ilə jurnalistlərlə vida mərasimi keçirib. Report xəbər verir ki, M.Mard Bakıda keçirdiyi bu illərin onun üçün "fantastik təcrübə" olduğunu bildirib:
"Azərbaycan mənim qəlbimdə əbədi qalacaq. Bu ölkə mənim və ailəmin xatirində səxavətliliyi və qonaqpərvərliyi ilə qalacaq". M.Mard qeyd edib ki, Aİ yaxın vaxtlarda Bakıda, həmçinin mədəniyyət sahəsində olmaqla bir sıra layihələr reallaşdırmağı planlaşdırır. O, eləcə də, Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı aparılan danışıqların əhəmiyyətini vurğulayıb. M.Mard Aİ-nin Azərbaycandakı nümayəndəliyinə 2014-cü ildən rəhbərlik etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə