Cümşüd Nuriyev: "İran növbəti təxribatını cəhbə xəttində törətdi"-MÜSAHİBƏ

Son 3 gün ərzində Azərbaycan-Ermənistan cəhbə xəttində atəşkəs rejimi pozulur. Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, təmas xəttində hərbi insidentin baş verməsi İranın növbəti təxribatıdır. İranın bu siyasi təxribata əl atmasının səbəbi isə Hillari Klintonun regiona səfəri ilə bağlıdır.



- ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfərindən başlayaraq cəhbə xəttində atəşkəs rejimi pozulub. Hətta belə bir fikir var ki, artıq tərəflər müharibəyə hazırlaşır. Ümumiyyətlə, cəhbə xəttində birdən-birə vəziyyətin gərginləşməsi nə ilə bağlıdır? Müəyyən fikirlər var ki, burada Rusiyanın əli var. Digərləri isə qeyd edir ki, ABŞ regionda siyasi vəziyyəti gərginləşdirmək istəyir.


- Əslində regionda siyasi vəziyyətin pisləşməsi nə Rusiyaya, nə də ABŞ-a sərf edir. Hazırda regionda siyasi vəziyyətin gərginləşməsi İrana sərf edir. Çünki Azərbaycan-İran münasibətləri müəyyən mənada gərginlik müstəvisindədir. Son zamanlar Dağlıq Qarabağ məsələsinin müzakirəsinin intensivliyi artıb. Bu istər-istəməz İranı narahat edir. Çünki İran qorxur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləsə, dövlətimiz güclənəcək və İranın sərhədi boyu işğal olunmuş ərazilərin yenidən bərpasında öz sözünü deməyə başlayacaq. Bununla da İranın daxilində gərginlik yaranacaq. Bundan başqa İran Azərbaycanı daim təzyiq altında saxlamaq istəyir. İran bu məsələdə ona görə maraqlıdır ki, İran Ermənistan vasitəsi ilə Hillari Klintona bir mesaj verdi. Çünki Klintonun Bakı səfərindən əvvəl istər İrəvan, istərsə Tiflis, istərsə də Skandinaviya ölkələrinə səfərlərində Dağlıq Qarabağla bağlı mənfi fikir söyləməyib. Azərbaycanda prezident İlham Əliyevlə görüşəndən sonra Klinton qan tökülməsinin dayandırılmasını istədi. Yəni nə ABŞ, nə də Rusiya müharibə variantına razı deyil. Qaldı ki, niyə hadisələr bu günlərdə gündəmə gəlib. Bilirsiniz ki, bundan öncə ermənilər iki dəfə təxribat törətmişdi. Həm Füzulidə, həm də Tərtərdə ermənilər o zaman 18 nəfər itirmişdilər. Baxmayaraq ki, Azərbaycan bu məsələdə ehtiyatlı davranır, amma erməni dilində olan saytlarda bu məsələ getmişdi. Onlar təmas xəttində yox, Qazaxın aşağı Əskipara kəndində növbəti təxribata getdilər. Yəni Azərbaycan sərhədinin nə dərəcədə qorunmasını yoxlamaq istəyirdilər. Orada rəhmətə gedən Bağırov Vahid mənim qohumumdur. Əslində yaralananların da içində 2 nəfər var. Bu bizim üçün şərəfdir. Bu bir Azərbaycan övladının bu torpaq üçün qanını tökməyə və cənab prezidentin yolunda dövlətimizin ərazi bütövlüyünü bərpa eləməyə hazırlığını göstərir. Ağsu rayonunda şəhidin dəfnində gənclərin emosional olmaları birmanalı şəkildə Azərbaycanın öz ərazi bütövlüyünü mənəvi cəhətdən də bərpa eləməyə hazır olduğunu göstərdi. Bu Ermənistanı narahat edir. Açığı Rusiya bu işdə maraqlı deyil, çünki Azərbaycanla münasibətdə maraqlıdır. Yəni bu münasibətlər yüksək səviyyədədir. Prezidentlər səviyyəsindədir. İkincisi, Azərbaycan Rusiya münasibətlərində iqtisadi məsələlərdə hər cür razılıq əldə olunub. Üçüncüsü, Rusiya-Azərbaycan münasibətləri ona görə gərginləşə bilməz ki, Azərbaycan Qafqazın açar dövlətidir. Yəni Rusiya Azərbaycanı itirsə, birmənalı şəkildə Ermənistanı itirəcək. Çünki Ermənistan baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub, amma bunun bir başa sərhədi olmadığına görə, arada bufer dövlət kimi Azərbaycan çıxış edir. Yəni heç vaxt Ermənistan nə vahid iqtisadi məkana, nə də vahid gömrük zonasına girə bilər. Bu da istər-istəməz Putinin ideyasının əleyhinədir. Ona görə Rusiya hazırda Azərbaycanla vəziyyətin gərginləşməsini istəməz. Burada Ermənistan dərk eləməlidir ki, onların dövlət kimi mövcud olması Azərbaycan dövlətindən aslıdır. Əgər Azərbaycan dövləti kəskin mövqedə dursa, İran nə qədər Ermənistanı müdafiə etsə də yaxın 5 il ərzində Ermənistan bir dövlət kimi məhv olacaq. Bunu onlar dərk eləməlidir. İran Azərbaycanın müdafiə qabiliyyətinin artmasından narahatdır. İkincisi, İran istəyir ki, bunların keyfiyyətsiz silahlarını Azərbaycan alsın, üçüncüsü İran istəyir ki, Azərbaycan-İsrail, Azərbaycan-ABŞ münasibətləri tamamilə dayandırılsın. Bunun əvəzində İran-Ermənistan münasibətlərini bizə təklif edir. Halbuki bu dəvə ilə toyuğu dəyişmək kimi bir şeydir. Belə bir xarici siyasətin İranın təklif etməsi bu ölkənin bitkin və yetkin beynəlxalq siyasətə sahib olmadığını göstərir. Amma əslində hadisələrin bu qədər gərginləşməsi bir daha Azərbaycan dövlətinin qüdrətli olduğunu göstərdi. Azərbaycan xalqının öz sərhədlərini qorumağa hazır olduğunu göstərdi. Azərbaycan ordusunun istənilən vaxt döyüşlə torpaqlarını geri alacağını sübut etdi. Bundan başqa Azərbaycan xalqının vətənə olan sevgisini bir az da artırdı. Çünki bizim genetik yaddaşımızda o vaxt dəyərli olur ki, torpağa qan verək. Yəni şəhid qanı nə qədər çox olanda torpaq bir o qədər sevimli olur. Bu ermənilərdən fərqli olaraq bizim stimullaşdırır. Ermənilər bunu dərk edə bilməz. Çünki bu bizə məxsus olan bir şeydir. Yəni heç də fikirləşməsinlər ki, burada təxribat törətdilər Azərbaycan şəhid verdi. Bununlada ölkə daxili gərginlik yarada biləcəklər və yaxud da iqtidarla xalq arasında uçurum yaradacaqlar. Azərbaycanı təhdid edəcəkləri ki, qərbin və ya Rusiyanın boyunduruğu altına girsin. Bütün bunların hamısı baş tutası bir şey deyil, çünki Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. İkincisi, Azərbaycanı peşəkar diplomat idarə edir. Üçüncüsü də Azərbaycan xalqı və ordusu prezidentin arxasındadır. Bu təxribatlar bizim işimizin xeyrinədir. Nə qədər bacarırlar bir o qədərdə təxribat törətsinlər Azərbaycanın kifayət qədər oğulları var. Müqayisə ilə götürsək, Azərbaycan ordusunun gücü ilə Ermənistan ordusunun gücü birin on səkkizədir. Həm hərbi hazırlıq cəhətdən, həm silah-sursat cəhətdən, həm də mənəvi hazırlıq baxımından biz öndəyik.


- Ermənistan Rusiyanın regiondakı forpostudur. Siz qeyd etdiniz ki, cəhbə bölgəsində son baş verən insidentdə İranın izi var. Belə olan təqdirdə Rusiya Ermənistan üzərində nəzarəti itiribmi ki, bu günləri regionda hərbi siyasi vəziyyət gərginləşib?

- Rusiyanın MDB institutunun direktoru Konstantin Zatulin Ermənistanda olanda Azərbaycana bir təklif verdi ki, işğal olunmuş rayonlarla Dağlıq Qarabağın statusunu Azərbaycan dəyişsin. Yəni bundan başqa Rusiyanın kifayət qədər daxili problemləri var. İyun ayın 12-də Rusiyada böyük bir mitinq gözlənilir. Qərb birmənalı şəkildə Rusiyanın parçalanmasında maraqlıdır. Suriya hadisələri Rusiya və Çini çox ağır diplomatik problemlərə sürükləyir. Rusiyanın təbii ki, Qafqazda ciddi maraqları var. Qarabağ məsələsinin həll olunmamasının digər bir səbəbi də odur ki, ABŞ maraqlarının təmin olunmaması üçün Dağlıq Qarabağ münaqişəsi öz müsbət həllini tapmasın. Bizim bir dövlət kimi yeganə bədibəxtçiliyimiz odur ki, hər iki dövlətin Qarabağ maraqları üst-üstə düşür. Amma burda üçüncü bir maraq da var, bu da Azərbaycan dövlətinin marağıdır. Yəni Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır. İstər-istəməz bu olacaq, amma itkilərlə getməməliyik. Yəni 1918-1920-ci ildə buraxdığımız səhvləri davam etməməliyik. İrəvanı verdik ki, guya ermənilərlə sərhədi qoruyacağıq. Bu Demokratik Cumhuriyyətin buraxdığı səhv idi. Bu gün də bu bizə böyük bəladır. Rusiya Ermənistanı özünə forpost etməkdə böyük səhv edib. Çünki Ermənistan kifayət qədər sürüşkən mövqeyi olan dövlətdir. Erməni xalqı tarixən bu statusla çıxış edib. Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur deyir ki, "ermənilər buqələmundur, bunları hansı üzə çevirsən o üzü götürəcəklər". Erməni şairi Avanes Tumanyan da 1910-cu ildə yazır ki, "ermənilər içdən xəstədir, nə qədər biz müalicə olunmamışıq, bu belədə gedəcək". Üçüncü bir erməni yazıçısı Marreta Şaqenyan isə qeyd edib ki, "biz ana bətninə erməni kimi düşəndən qələt işlərlə məşğuluq,yəni mayamız qatışıq olur". Bu açıq şəkildə deyir ki, erməni uşaqlarının əksəriyyəti ermənilərdən deyil. Əgər erməni öz etiraf edir ki, onlar bu qədər satqın yaltaqdılar. Bu cür millətə Rusiyanın istinad eləməsi rəsmi Moskvanın xarici siyasətinin ən böyük səhvlərindən biridir. Son 400 ili götürsək, ermənilər türk və islam dünyasına qarşı alət kimi istifadə olunur. Biz bunu bildiyimizə görə, Azərbaycanın xarici siyasətdə hansısa səhv buraxacağına inanmıram. Rusiya da fikirləşsə, yaxşı olar. Rusiya ona qonşu olan, iqtisadi gücə malik dövlətlə yaxşı münasibətdə olsa, yoxsa satqın bir dövlət əlaqə qursa hansı yaxşı olar? Bu artıq Rusiyanın problemidir.


- Yaxın günlərdə xarici işlər nazirlərinin Paris görüşü var. Ümumiyyətlə, Paris görüşündən müsbət nəticə gözləmək olarmı?


- Mən bundan heç bir müsbət nəticə gözləmirəm. Bu təxribatlar da bir növ ona xidmət edir. İranın Ermənistanla müqayisədə 2000 illik dövlətçilik təcrübəsi var. Bunlar dərk eləməlidir ki, onları dövlət kimi 1200 ildir azəri türkləri qoruyub saxlayır. Onu dərk eləsələr, yaxşı olar. Amma bütün bunlara baxmayaraq Parisdəki görüş daha çox yenidən danışıqlara başlamaq üçün cəhddir. Çünki təzyiqlər artıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması Ermənistanı dəstəkləyən qüvvələri də çətin duruma salıb. ABŞ-da prezient seçkiləri olacaq, Fransada Sarkozi erməni qurbanı oldu. Obama isə ermənilərin növbəti qurbanı olmaq istəmir. Rusiyada da dəyişiklik baş verdi, əslində bu proqnozlaşdırılan dəyişiklik idi. Əgər ermənilər Qarabağla bağlı bu cür siyasət yürütsə, buradan onların 5-ci köçü olacaq. Artıq bu köç başlayıb, çünki 4 milyondan 1 milyon əhali qalıb. Yaxın 10 il ərzində də bunun qalacağı böyük sual altındadır. Bütün bunların fonunda Azərbaycana qarşı təxribat qurub, bizi fakt qarşısında qoymağa çalışacaqlar. Fransa da bunun növbətisi olacaq. Çünki Ermənistan dövlətinin başında terrorçular durur. Bunlar hakimiyyətlərini qoruyurlar, Ermənistan dövləti maraqları yoxdur.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...