Ermənistan demoqrafik fəlakət qarşısında ŞƏRH

Ölkədə adam tapılmır (?)

2020-ci il Ermənistan üçün fəlakətli il oldu və bu fəlakət, əsasən, özünü ölkənin demoqrafik situasiyasına təsir etdi. Ekspertlər hesab edirlər ki, 2020-ci il olayları multiplikativ effekt daşıyır və həmin effekt uzunmüddətli perspektivdə özünü göstərəcək. Misal üçün, erməni tarixçisi və demokqafiya üzrə ekspert Mikael Malxasyana görə ölkənin demoqrafik göstəriciləri, xüsusilə, son illərdə narahatlıq yaratmağa başladıb.

44 günlük müharibə Ermənistana hansı fəsadları yaşadıb?

Belə ki, situasiya epidemiya fonundakı 44 günlük müharibədə daha da pisləşib. Məhz bu kontekstdə 2020-2021-ci illər ən ağır dövr kimi göstərilir. Malxasyan əmindir ki, bu baxımdan, 44 günlük müharibə özünün ağrılı fəsadlarını bundan sonrakı uzun illərdə göstərməyə davam edəcək. Lakin bu da son deyil...

Mikael Malxasyan: “Müharibədə həlak olanların çoxu reproduktiv yaşlı kişilər olublar. Bu fakt uzunmüddətli perspektivdə qadın və kişi əhalisi arasında disbalans yaradacaq, eyni zamanda, nikah saylarına, habelə doğumlara neqativ təsirlərini göstərəcək”

Erməni eksperti hesab edir ki, ağır demoqrafik vəziyyətə daha bir səbəb boşanma tendensiyasının sürətlə artmasıdır. Məsələ ondadır ki, 2020-2021-ci illərlə müqayisədə 2022-ci ilin boşanmaları 40,14%-ə yüksəlib.

Malxasyan əhalinin yaşlaşması faktorunu da demoqrafik fəsadlara gətirib-çıxardığını bildirib. Belə ki, hələ 2020-ci ilin müharibəsinə qədər əhalinin 20%-ini 0-14 yaşlı, 67,5%-ni 15-64 , 12%-ni 65 yaş və yuxarı vətəndaşlar əhatə edirdi.

Ermənistanın aşağı doğum dövrü

“Müharibədə həlak olanların çoxu reproduktiv yaşlı kişilər olublar. Bu fakt uzunmüddətli perspektivdə qadın və kişi əhalisi arasında disbalans yaradacaq, eyni zamanda nikah saylarına, habelə doğumlara neqativ təsirlərini göstərəcək”, - deyən ekspert əlavə edib ki, 44 günlük müharibədə 2000-2002-ci ildə anadan olan oğlan uşaqları həlak olublar. Bu dövr isə Ermənistanda aşağı doğum dövrü kimi qeyd edilib. O əmindir ki, baş verən hadisələr səbəbindən yaranmış demoqrafik quyu gələcəkdə ciddi problemlərə gətirib-çıxaracaq. O cümlədən, ölkədə hazırda da müxtəlif sahələr üzrə insanlar çatışmır. 2023-cü ilin ilk rübündə isə Ermənistanı minlərlə insanlar tərk edib.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə