Dmitri Solonnikov: Ermənistana göndərilən əslində NATO-nun missiyasıdır - MÜSAHİBƏ

Tanınmış rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Bakıya müsahibəsində Aİ-nin Ermənistandakı uzunmüddətli genişləndirilmiş missiyasının məqsədinin Qərbin erməni-azərbaycanlı nizamlanması olmadığını, əksinə qarşıdurma yaratmaq olduğunu gizlətməməsi və bunun qarşısının necə alınmalı olduğu haqda danışıb. Müsahibəni oxucularımıza çatdırırıq.

- Aİ-nin Ermənistana qarşıdan gələn uzunmüddətli monitorinq missiyası böyük qlobal oyunun bir hissəsidirmi?

- Bəli, əslində bu, NATO missiyasıdır. Missiyaya, Aİ Şurasının qərarına əsasən, Aİ üzvü olmayan dövlətlər də qoşula bilər. Çox güman ki, uniformalı insanlar mülki missiya adlanan yerdə gizlənəcəklər və onların Fransadan və ya Polşadan olmasının fərqi yoxdur, bu əslində NATO missiyası olacaq. Biz burada ilk növbədə Şimali Atlantika hərbi blokunun marağından danışacağıq.

Avropa İttifaqı yaxın gələcək üçün hədəfini açıqladı- bu, ən azı, Rusiyanın hərbi məğlubiyyətidir. Prinsipcə, bunu Avropanın müxtəlif nümayəndələri müntəzəm olaraq deyirlər və bu yaxınlarda Davos Forumunda da deyilib. “Rusiya məğlub olmalıdır” və sonradan mənfi təsir göstərərək ona qarşı tədbirlər görülməli olduğu yayımlanır. Qərbin arzuladığı ssenari Rusiyanın digər dövlətlərin- Yaponiyanın, Polşanın, Norveçin, Finlandiyanın və s.-nin xeyrinə parçalanması, silahlı qüvvələri NATO-nun nəzarətinə götürməsidir. Heç kim gizlətmir ki, ABŞ və onun havadarları Rusiyanın gələcəyini bu cür görür və bunu reallığa çevirmək istəyirlər. Onu hər yerdə belə görürlər- Cənubi Qafqazda da, Uzaq Şərqdə də, Arktikada da. Bunlar bu məqsəd çalışırlar ki, Rusiyanı hər yerdən çıxarmaq lazımdır.

Artıq maskalar çıxarılıb. Onlar artıq bunu lazım görmürlər və bu paradiqmada fəaliyyət göstərəcəklər.

Yeri gəlmişkən, Aİ missiyasının ilkin müddətinin 2 il olması təsadüfi deyil. 2 ildən sonra Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti başa çatacaq. Rusiya, Azərbaycan, Türkiyə üçün (hansı ki, Moskva ilə indi münasibətləri yalnız möhkəmlənir, Qərb isə davamlı olaraq Ankaraya onun dünyasından olmadığını nümayiş etdirməyə çalışır) indi bütün hərəkət variantlarını nəzərdən keçirmək lazımdır, çünki Aİ, ABŞ dayanmayacaq və Cənubi Qafqazda hərəkət edəcək və Qafqaz getdikcə aqressivləşir.

- Yəni Qərb tərəfdaşlarının Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı əvvəldən heç bir təsəvvürü yox idi? Biz Azərbaycan və Ermənistana münasibətlərin normallaşmasına kömək etmək istəyirik - bu, son məqsədi gizlətməkdirmi?

- Bəli, onların problemi nizamlama vəzifəsi yoxdur, öz məqsədlərini həll etmək üçün Cənubi Qafqaza daxil olmaq vəzifəsi var- Rusiyanı sıxışdırmaq, Qafqazdakı problemləri guya həll etmək üçün uzunmüddətli Aİ nümayəndəliyi yaratmaq. Zaqafqaziyada hamı ABŞ, NATO, Avropa İttifaqı ilə razılaşmalıdır, kim razılaşmasa, zorla “razılaşdırılacaq”.

- Azərbaycan isə, görünür, onlara mane olur, çünki Bakının arxasından missiyanı razılaşdırıblar... və vəziyyəti kritikləşdirirlər...

- Bəli, təbii ki, Azərbaycan onlara mane olur, çünki o, müstəqil siyasət yürüdür və Vaşinqton, Brüssel, London və digər qüvvələrin diktəsinə məruz qalmaq istəmir. Azərbaycanın liberal Avro-Atlantik dəyərlərin mənafeyinə deyil, öz milli maraqlara uyğun həyata keçirilən özünü təmin edən siyasəti var. Müstəqil Azərbaycan Qərb üçün qəbuledilməzdir.

- Belə çıxır ki, Aİ indi bu cür davranmağa başlayıbsa, deməli, onlar Azərbaycanı özlərinə tabe etməyə çalışıblar və buna nail olmayıblar?

- Qərb üçün dürüst siyasət aparmalı olduğu dövlətlər də var, “oynamaq” istədiyi ölkələr də var ki, onları aldatmağı mümkün hesab edir. Elə xalqlar, ölkələr var ki, onlarla sivil davranmaq lazımdır, elələri də var ki, mədəniyyətsiz davranmaq olar.

Azərbaycan üçün Aİ ilə əməkdaşlıqdan imtina etmək sərfəli deyil. Baxın, Rusiya Qərblə ən ağır münaqişə vəziyyətində belə, “imkanlar pəncərəsi” - turizm, mədəniyyət, elm, idman sahəsində təmas üçün fürsət qoyur. Hər bir ölkənin praqmatik siyasəti olmalıdır. Əgər qarşılıqlı fəaliyyəti davam etdirmək faydalıdırsa, o zaman biz başa düşərək davam etməliyik ki, bu, bizim maraqlarımız çərçivəsində həyata keçirilir - indiki halda Rusiya və Azərbaycanın.

- KTMT-nin mətbuat xidməti bəyan edib ki, təşkilatın Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə potensial missiyası məsələsi üzərində iş davam edir. Təsdiqləmə proseduru başa çatdıqdan sonra sənəd layihəsi təşkilatın nizamnamə orqanlarına baxılmaq üçün təqdim ediləcək. Ermənistan və Aİ-nin atdığı addımları nəzərə alsaq, İrəvanın belə bir missiya ilə razılaşması hələ də realdırmı?

- Ermənistan çox güman ki, bir daha razılaşmayacaq. KTMT missiyasının göndərilməsi ilə bağlı təkliflər hələ sentyabrda hazır idi. Düşünürəm ki, təşkilat missiya göndərmək təklifini açıq qoyacaq və Ermənistan istəsə bundan istifadə edə bilər. Görəcəyik ki, İrəvan yenə özünü necə göstərəcək: siyasi şantaj və aldatmaqda davam edəcək, ya da razılaşacaq.

- Böyük mətbuat konfransında Sergey Lavrov Ermənistanla Aİ arasında Azərbaycanın razılığı olmadan onun ərazisində yeni missiyanın yaradılması barədə razılığa gəlinməsi barədə tənqidi fikirlər səsləndirib və KTMT-nin öz missiyasını göndərməyə hazır olduğunu xatırladıb. Keçən il belə bir missiyanın göndərilməsi mövzusu qaldırılanda KTMT-nin növbəti sammitindən əvvəl Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar aparılmışdı. Görünür, Bakının belə bir missiyaya qarşı olmayacağını deyirdilər... İrəvan KTMT missiyasına möcüzəli şəkildə razılaşsaydı, Azərbaycan necə reaksiya verərdi?

- Ola bilsin ki, indiki şəraitdə Rusiyanın Ermənistanla bu cür danışıqlarda mövqeyini başa düşmək Azərbaycan üçün indiki vəziyyəti nəzərə alsaq, KTMT missiyası iki problemdən daha kiçiyi olardı. Hesab edirəm ki, Rusiya və Azərbaycan liderləri arasında KTMT-nin Azərbaycanla şərti sərhəddə missiyası ilə bağlı müzakirələr olub, bəlkə də bu, təşkilatın digər dövlətləri ilə müzakirələr olub. Bəzi hipotetik vəziyyətlər müzakirə edilib. Güman edirəm ki, Putinlə Əliyevin mövqeləri balanslaşdırılmışdı və qarşılıqlı anlaşma var idi. Yəni, Azərbaycan üçün KTMT missiyası şərti sərhəddə təəccüblü görünməzdi.

Rusiya sülhməramlıları Qarabağdadır. Əgər KTMT missiyası çərçivəsində Ermənistan və Azərbaycanın şərti sərhədində Belarus, Qazaxıstan və strukturun digər dövlətlərinin nümayəndələri yerləşdirilsəydi, bu, müsbət məna kəsb edərdi. Çünki bu ölkələrin Azərbaycanla əla münasibətləri var. Ermənistan məhz buna qarşıdır. Paşinyan açıq şəkildə bildirdi ki, belə bir missiyanın əleyhinədir, çünki bütün KTMT dövlətlərinin Bakı ilə yaxşı münasibətləri var. Ona görə də Ermənistan onları öz şərti sərhədində görmək istəmir, Azərbaycanla münasibətləri pis olanları, məsələn,Fransanı görmək istəyir.

-Bütün bu vəziyyət nəyə gətirib çıxaracaq?

- Ermənistanın özünü belə aparması vəziyyəti daha da pisləşdirəcək. Onun özü üçün, ilk növbədə. Təbii ki, Ermənistan suveren dövlətdir və istənilən ölkənin nümayəndələrini öz ərazisinə dəvət edə bilər. Bunun onun KTMT-yə üzvlüyü ilə necə əlaqəsi olduğu sual altındadır. Amma heç kim onun qarşısını ala bilməz. Amma bu Qərb qüvvələrinin heç bir sərhədi keçmək hüququ olmayacaq və Ermənistan nə qədər istəsə də, Laçın yolunun heç bir zonasına düşməyəcək. Ermənistanın bu gün etdiyi hər şey yalnız özü üçün vəziyyəti gərginləşdirəcək, bu, mövcud problemlərin həlli istiqamətində hərəkət deyil. Laçın yolu ətrafındakı problem Qarabağda separatçıların təbii sərvətlərinin talanmasının dayandırılması, yüklərin daşınmasına nəzarət etməklə həllini tapacaq.

- Belə çıxır ki, Ermənistan Rusiyanın müttəfiqi olmaqla, Ermənistan-Azərbaycan nizamlanmasının arxasında pərdələnib gizlənsə də, indi Qərbin tərəfini tutub ayağa qalxır?

- Ermənistanda hakimiyyətə gələn ilk vaxtdan onun Amerika QHT-lərinin adamı olduğu məlum idi. Paşinyan layihəsini amerikalı siyasi strateqlər ABŞ fondlarından pul hesabına hazırlayıb. Onun qərbyönlü siyasət həyata keçirəcəyi əvvəldən nəzərdə tutulurdu. Rusiya çox vaxt ən yaxşısına ümid edir. Ukraynanın Rusiya Federasiyası ilə münasibətləri pozmağa doğru getməsi faktı müstəqilliyinin bütün 30 ili ərzində məlumdur.

- Seçimlərimiz nələrdir?

- Hələlik Rusiyanın əsas vəzifəsi Ukraynadakı xüsusi hərbi əməliyyatın bütün vəzifələrini həll etməkdir. Bütün diqqət, təbii ki, buna yönəlib. Prezidentin bu istiqamətdə qarşıya qoyduğu bütün tapşırıqlar yerinə yetirildikdən sonra Rusiya digər sahələrdə də aktiv fəaliyyətə başlayacaq. İndi Cənubi Qafqazda vəziyyətin gərginləşməməsi vacibdir. Çünki Ermənistanla Azərbaycanın bütün şərti sərhədi boyunca yerləşən Qərb “tərəfdaşları” Ermənistanın özü kimi təxribat törədəcəklər. Nə qədər irəli getsə, Aİ, NATO və Ermənistan arasında sıx münasibətlər məsələsi nə qədər çox olarsa, KTMT-yə üzv dövlətin statusunun saxlanıb-saxlanmamasının məqsədəuyğunluğu ortaya çıxacaq. Hələlik Rusiya üçün bütün bu vəziyyəti mümkün qədər yumşaltmaq vacibdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə