Bütün mobil telefonlar üçün vahid enerji doldurma qurğusu hazırlanacaq
Avropa Komissiyası tərəfindən bütün mobil telefonlar üçün eyni enerji doldurma qurğusunun istifadəsi bəyənilib. SİA-nın verdiyi xəbərə görə, qurğu Brüssel şəhərində Avropa Komissiyasının vitse-prezidenti Antonio Tacaninin iştirakı ilə təşkil olunmuş rəsmi mərasimdə təqdim olunub. Vahid enerji doldurma qurğusu micro-USB çıxışı ilə təchiz olunur.
Belə ki, sözügedən həll kompyuterlə məlumat mübadiləsi imkanı olan bütün mobil telefonlar üçün məcburi, vahid enerji doldurma standartının tətbiqi məhsullarını Avropa İttifaqı ölkələrində satışa çıxaran bütün istehsalçılar üçün isə mütləq olacaq.
GSMA Beynəlxalq Assosiasiyasının hesablamalarına görə il ərzində dünya üzrə 51 ton enerji doldurma qurğusu tullanılır. Yenilik tullantıların da sayının azalmasına kömək edəcək.
Hazırda isə vahid standarta rəsmi keçidin nə vaxt həyata keçiriləcəyi dəqiqləşdirilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə