Mavi çayın faydası və zərəri...

Qurudulmuş güllərin yarpaqlarından hazırlanan çayın dadı olduqca gözəldir. Ona mavi çay da deyilir, daha çox isə göy. Qovuşuq (Clitoria ternatea) və ya "göyərçin qanadları" da adlandırılır. Öz vətənində (Cənub-Şərqi Asiya) qida, boyaq maddəsi kimi istifadə olunur, məsələn, yeməklərdə onunla düyünü bəzəyirlər.

Mavi çayın dəmlənməsi

Xüsusi dadın və faydalı xassələrin qorunması üçün mavi çayı az qaynadılmış suda dəmləmək lazımdır. Bu nüans bol miqdarda oksigen saxlamağa imkan verir. İsidilimiş suda dəmləmə çaydanı isinir. Dəmləmə üçün 2-3 çay qaşığı quru çay, kifayətdir. Dəmləmə 5-6 dəqiqə davam etməlidir. Dəmləmədən sonra yarpaqları filtr ilə yığışdırmaq lazımdır. Uzunmüddətli dəmləmə xüsusi dada və faydalı xassələrə ziyan vurmur.

Çay cövhəri göy rəngdə olacaq. Bir neçə damcı limon şirəsi əlavə olunduqda isə çay göy rəngdən bənövşəyi rəngə keçəcəkdir. Bu həm də çayın dadını da dəyişəcək. Çay həm soyuq, həm də isti şəkildə istifadə olunur.

Mavi çayın faydası

Sübut olunub ki, arterial təzyiqin azalmasına kömək edir. İki fincan çay hipertoniya xəstəlikləri ehtimalını azaltmağa yetərli olacaq (65%). Mavi çaydan istifadə zamanı qan dövranı yaxşılaşır və qanın təmizlənməsi baş verir. Mavi çay saç artmasına da müsbət təsir göstərir, ağ saçların əmələ gəlməsini ləngidir, eləcə tərkibində böyük miqdarda ftora vardır, bu da dişlərin kariyesdən azad olunması üçün çox lazımdır. Mavi çayın tərkibinə bir çox mikroelementlər və vitaminlər daxildir. Orqanizmdə xroniki yorğunluq, zəiflik və ümumi yuxusuzluğu müalicə edir. Mavi çay kompüter arxasında uzun zaman oturan insanlara xüsusilə tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...