Müxtəlif dillərdə duyğuların ifadəsi

Tədqiqatçılar çoxmənalı sözləri araşdırıblar...

Heç düşündünüzmü? Müxtəlif mədəniyyətlərdə və dillərdə sevgi, qəzəb və ya sevinc eyni şəkildəmi yaşanır və ifadə olunur? Məsələn, ingiliscə "love", türkcə "sevgi", macarca "szerelem" deyilir. Amma bu sözlər hər üç dildə dı eyni hiss və fikirlərimi ifadə edir? SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şimali Karolina Universiteti və Maks Plank İnstitutundan olan tədqiqatçılar müxtəlif dillərin emosiyaları necə ifadə etdiyi barədə maraqlı bir araşdırma aparıblar. Onlar dünya üzrə təxminən 2,500 dildə qəzəb, qorxu və sevinc kimi hisslərin necə ifadə olunduğunu öyrəniblər. Alimlərin bu mövzuda “Science” jurnalında çıxan məqalələri çox maraqlı idi.

Görünən odur ki, duyğular haqqında düşüncə tərzimiz danışdığımız dildən asılıdır. Bəzi emosional sözlər o qədər özünəməxsus olur ki, sanki yalnız bir mədəniyyətə aiddir. Məsələn, almanca "Sehnsucht" sözü fərqli bir həyata güclü arzunu ifadə edir və bir çox dillərdə birbaşa tərcüməsi yoxdur. Və ya Papua Yeni Qvineyanın Bayninq (Baining) xalqının dilindəki "awumbuk" sözü qonaqlar getdikdən sonra yaranan boşluq hissini ifadə edir.

Amma məsələ təkcə unikal sözlərdə deyil. Bəs, müxtəlif dillərdə daha yayılmış duyğu sözləri necədir?

Tədqiqatçılar çoxmənalı sözləri araşdırıblar. Məsələn, Türkiyə türkcəsində "qarib" sözü həm maraqlı, həm də təəccüblü mənasını verir. Ona görə də bəzi emosiyaların müxtəlif dillərdə oxşar adları olsa da, mənaları çox fərqli ola bilir. Məsələn, bir sıra dillərdə "təəccüb" sözü "qorxu" sözü ilə sıx bağlıdır, digərlərində isə "ümid" və "arzu" yaxın sayılır. Eyni şəkildə, "narahatlıq" bir dildə "qəzəb", başqasında "üzüntü" ilə ifadə olunur. Hətta "qürur" anlayışı mədəni kontekstdən asılı olaraq müsbət və ya mənfi müxtəlif mənalar yaradır..

Araşdırma həmçinin göstərib ki, coğrafi cəhətdən yaxın olan dil ailələrinin çox vaxt emosional ifadə tərzləri də oxşar olur. Lakin bütün bu fərqlərə baxmayaraq, bəzi universal nümunələr də var. Bütün dillər xoş və xoşagəlməz emosiyalar arasında, eləcə də aşağı və ya yüksək həyəcan səviyyələrini əhatə edən duyğular arasında fərq qoyur. Məsələn, çox az dil kədərin sakitliyini qəzəbin həyəcanı və ya sevincin xoşbəxtliyini səhvin peşmanlığı ilə qarışdırır. Bu, bəzi əsas emosiyaların beynimizdə qurulduğu fikrini dəstəkləyir, əsasən digər canlılarla paylaşdığımız zaman ortaya çıxır. Məhz bütün bunlar əsasında insanlar minilliklər boyu əsas emosiyaları inkişaf etdirərək müxtəlif duyğu ifadə spektri yaradıblar.

Beləliklə, növbəti dəfə kiminsə başqa bir dildə emosiyadan bəhs etdiyini eşidəndə yadda saxlayın ki, tarix və mədəniyyət onu sizin bildiyinizdən bir qədər fərqli bir anlama çevirmiş ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə