Tramvay xəttlərinin çəkilməsi hansı ərazilər üçün daha əlçatandır? - EKSPERT DANIŞDI

“Bu məsələ ilə bağlı müxtəlif istiqamətdə ekspertlərin açıqlaması olub. Mənim məsələ ilə bağlı mövqeyim ondan ibarətdir ki, Ağ şəhərdə şəhərsalma ümumi planlamada hesab edirəm ki, bir qədər sıxlıq çoxdur. Ona görə sıxlığın çox olması orada artıq bu mərhələdən sonra tramvay xətlərinin çəkilmə imkanlarını çox məhdudlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Ramil Osmanlı deyib.

Ramil Osmanlı sözlərinə belə davam edib: “Tutaq ki, Ağ şəhərin ətrafı ilə, yəni kənarları ilə tramvay xəttinin çəkilməsi mümkün olsa belə o xətlərin paralelləşdirilməsi, bir-birinə birləşdirilməsi və Ağ şəhərin içindən nəqliyyat axınını sabit saxlamaqla tramvay xəttinin keçirilməsi hesab edirəm ki, uyğun görünmür.

O ki qaldı bütövlükdə tramvay xətlərinin çəkilməsi məsələsinə bu istiqamətdə təbii ki ciddi şəkildə işlər görülməli, təhlillər aparılmalıdır. Şəhər mərkəzində və mərkəzdən kənar ərazilərdə ictimai nəqliyyatla təmin olunmaya ehtiyac olan ərazilərdə monitorinqlər aparılmalıdır. Harada ki insan axını çoxdur, sıxlıq çoxdur məsələn, Hövsanda bu Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən salınan yaşayış massividir, “Sea Breeze”dir, digər buna oxşar ərazilərdir, həmin ərazilərin şəhər mərkəzi ilə birləşdirilməsi istiqamətində monitorinqlər aparıldıqdan sonra bu məsələ ətrafında qərar qəbul etmək olar.

Bütövlükdə ehtiyac var, zərurət var. Amma günü-gündən hesab edirəm ki, xaotik şəhərsalma bu məsələnin faktiki olaraq həyata keçirilmə imkanlarını məhdudlaşdırır. Ona görə də bu istiqamətdə ciddi şəkildə işlər görülüb, təhlillər aparılıb ən qısa müddətdə qərar qəbul olunmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə