Xroniki böyrək xəstəliyi çox yayılmış və gec aşkarlanan bir xəstəlikdir. SİA xəbər verir ki, ölkəmizdə insanların çoxu bu xəstəlikdən xəbərsizdir. Araşdırmalara görə, xroniki böyrək xəstələrinin yalnız 10%i bu xəstəlikdən xəbərdardır. Xroniki böyrək xəstəliyi olan insanlar ümumiyyətlə, xəstəliyin sonunda bundan xəbərdar olurlar. Böyrək xəstəliyi həkim diaqnozu ilə ortaya çıxan bir xəstəlik olsa da, bəzi əlamətlər xəstəliyin xəbərçisi ola bilər.

Yorğun və halsız olmaq: Böyrəyin funksiyasında azalma olduqda qanı təmizləmək olmur və qandakı zərərli maddələr artır. Bu, insanlarda yorğunluğa səbəb olur. Bunun xaricində böyrək xəstəliyi anemiyaya səbəb olur.

Yuxuya getməkdə çətinlik çəkirsinizsə: Böyrəklər qanı kifayət qədər təmizləyə bilmədikdə, zərərli maddələr qana keçməyə başlayır, bu vəziyyətdə yata bilməmək problemi yaranır.

Dəriniz quruyursa: Böyrəklər qandakı mineral və qida maddələrini tarazlaya bilmədikdə dəridə quruluq və qaşınma olur.

Tez tez sidiyə getmək: Böyrəklərinizdəki filtrlərin zədələnməsi tez-tez sidiyə getməyə səbəb olur. Xüsusilə gecə sidik ifraz etmək böyrək xəstəliklərinin xəbərçisi ola bilər. Böyrəklərdəki filtrlərə zərər gəldikdə, qan hüceyrələri sidik yollarına qarışmağa başlayır. Sidikdən gələn qan, böyrəklərin düzgün işləmədiyini və müxtəlif infeksiyaların olduğunu göstərə bilər.

Gözlərinizin ətrafında şişlik varsa: Gözlərinizdəki şişkinlik aradan qalxmazsa, bu böyrək xəstəliklərinə işarə ola bilər. Bu cür şişmiş gözlər bədəndə saxlanılması lazım olan zülalın sidik yolu ilə xaric olunmasına işarədir.

Ayaq biləyiniz şişkilik varsa: Böyrək funksiyaları azaldıqda bədəndə natrium tutma meydana gəlir. Bu, əllərdə və ayaqlarda şişməyə səbəb olur.

İştahınız azalırsa: Bu vəziyyət müxtəlif səbəblərdən yarana bilər. Lakin bu vəziyyət həm də böyrək xəstəliyinin nəticəsidir.

Əzələlərdə ağrı varsa: Böyrək çatışmazlığı böyrək funksiyasının pozulması, orqanizmdə mineral və maye balansının pozulmasıdır. Kalsium və fosfor az olduqda əzələlərdə ağrı meydana gəlir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə