COVİD ana bətnindəki körpənin ölümünə səbəb olur?

COVİD-19 infeksiyasının yaşlı insanlarda və xroniki xəstəlikləri olan şəxslərdə daha şiddətli olduğu kimi, hamilə qadınlarda daha təsirli ola bilər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, COVİD-19 virusunun həm ana, həm də körpənin sağlamlığı baxımından ailələrdə narahatlıq yaratdığını söyləyən ginekologiya və doğuş mütəxəssisi həkim Levent Özçer məsələ ilə bağlı danışıb.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində COVİD-19 testi pozitif olan və doğum edən hamilə qadınların təxminən 87,9 faizinin xəstəliyinin simptomlarsız olduğu, 12,1 faizinin isə simptomatik ola biləcəyi təyin olunub: "Qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı, yorğunluq, kəskin tənəffüs çətinliyi, böyrək çatışmazlığı və inkişaf etmiş intensiv müalicə tələb edən hallar çox risklidir. COVİD-19 olan hamilə qadınlarda qızdırma və öskürək daha azdır. Qadınlar hamiləlik dövründə immunitet sisteminin yüklənməsi, diafraqmanın qalxması və yüksək oksigen istehlakı səbəbiylə tənəffüs yolu infeksiyalarına daha çox meyllidirlər. Lakin, mövcud məlumatlara baxdığımızda vacib fərq olmayıb".

Həkim qeyd edib ki, vacib hal olarsa, tomoqrafiya edilməlidir: "COVİD-19 virusunun, burun, ağız və udlaqdan götürülmüş çubuqlarda əks transkriptaz polimeraz zəncirvari reaksiya aşkar oluna bilər. Əgər, mümkünsə, alt tənəffüs yollarından alınan nümunələrlə virusu aşkarlamaq ehtimalı daha yüksəkdir.

Bu metod hamilə qadınlarda da tətbiq edilə bilər. COVİD-19 olan hamilə qadınlarda erkən hamiləlik və uşaq tələfatının artdığına dair dəlil yoxdur. SARS və MERS infeksiyalarının aşağı düşmə və erkən hamiləlik itkisi kimi fəsadlarla əlaqəli olmaması bu fərziyyəni gücləndirir".

Körpənin vəziyyəti mümkündürsə, keysəriyyə əməliyyatı gecikdirilə bilər: "Bu xəstə qrupunda, bətnindəki körpənin vəziyyəti, doğuşu təxirə salmaq üçün bir maneə yaratmırsa və doğuş təhlükəsiz bir şəkildə təxirə salına bilərsə, xəstənin xəstəyə yoluxucu olduğunu nəzərə alaraq, doğuş müvafiq bir vaxta qədər təxirə salınmalıdır. Lakin, göstərilən amillər doğuşun təxirə salınmasına imkan vermirsə, lazımi qoruyucu tədbirlər görülməli və doğuş həyata keçirilməlidir".

Ağır şikayətlərlə müraciət edən şübhəli covid hallarında, təcrid olunmuş bir otağa aparılmalı və infeksiya mütəxəssisi də daxil olmaqla covid simptomlarının varlığı və şiddəti multidisipliner olaraq qiymətləndirilməlidir. Bu cür hallarda ananın temperaturunun ölçülməsi, dəqiqəlik, tənəffüs sürəti və oksigeni izlənilməlidir. Aktiv doğuş başlayıbsa, xəstə eyni təcrid olunmuş otaqda izlənilməlidir. Daha sonra xəstə tövsiyələrlə evə göndərilə bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə