Koronavirus ən çox bu yolla ötürülür HƏKİM FİKRİ

Koronavirus 96 faiz damcı, 4 faiz isə hava yolu ilə ötürülür. İnfeksiya 72 saat hava səthində qala bilir. SİA-nın xəbərinə görə, bunu rusiyalı həkim Anna popova açıqlamasında deyib.

O bildirib ki, koronavirus simptomları olan şəxs həmin an 3 nəfəri yoluxdura bilər.

Onun sözlərinə görə, hazırda COVİD-19-dan başqa digər qrip, pnevmaniya xəstəliklərinə demək olar ki rast gəlinmir: "Sadəcə bəzi regionlarda bahar qripinin artmasını müşahidə etmək olur".

Həkim qeyd edib ki, hazırda Rusiyada 235 uşaqda koronavirus aşkarlanıb. Onların 17-si pnevmaniyadır, lakin heç birinin vəziyyəti ağır deyil.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə