Çin həkmləri simptomsuz koronavirus daşıyıcılarından bəhs ediblər

Çinin Uhan şəhərinin Səhiyyə işləri üzrə komitəsi simptomsuz koronavirus daşıyıcıları ilə aparılan iş təcrübələrini bölüşüblər. Belə ki, bu cür infeksiyalılar 14 gün karantində qalmalıdırlar və bundan sonra mütləq iki dəfə test verməlidirlər. SİA xəbər verir ki, bu barədə RİA Novosti Çinin "Xuantsyu şibao" nəşrinə istinadən yazır.

Qeyd olunur ki, simptomsuz daşıyıcılarda yüksək hərarət, quru öskürək, boğaz ağrısı olmur, lakin tənəffüs yollarında bütün hallarda COVID-19-a bağlı tipospesfik lgM antitelləri və ya oyandırıcıları mövcuddur. Ona görə də belə insanlar həmçinin infeksiya mənbələri ola bilərlər, baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun əsasən həmin xəstəliyin kimdəsə təkrarlanması vasitəsi ilə keçdiyini hesab edir.

Çin nəşri qeyd edir ki, xəstəlik simptomları zaman-zaman bəzi simptomsuz daşıyıcılarda müəyyən olunub. Bir çox hallarda onlar özləri-özlərini sağaldıblar. Daha çox effektli qoruyucu ölçülər isə sosial məsafənin saxlanılması, tez-tez əllərin sabunla yuyulması və insanların çox olduğu kütlədən kənar qalmaqdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə