COVID-19-dən daha təhlükəli infeksiya meydana gələ bilər XƏBƏRDARLIQ

Rusiyanın tibb elmləri doktoru, professor İqor Qundarov gələcəkdə COVİD-19-dan daha təhlükəli infeksiyasının meydana gəlmə təhlükəsi olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkim söyləyib ki, mövcud pandemiya aradan qaldırıldıqdan sonra bəşəriyyət daha da təhlükəli virusla üz-üzə qala bilər.

"Koronavirus qripdən çox güclü və daha təhlükəli oldu. Lakin növbəti xəstəlik daha aqressiv ola bilər",- deyə o qeyd edib.

Professorun fikrincə, digər xəstəliklərə qarşı aparılan mübarizə COVİD-19-un geniş yayılmasına səbəb olub. O qeyd edib ki, son 15 ildə vaksinlər sayəsində qripin A və B növləri demək olar ki yoxa çıxıb.

"İnsan səhiyyə sahəsində əldə olunan müvəffəqiyyətlər hesabına qripi demək olar ki, yox edib, lakin onun yerinə koronavirus ştamlarını çoxaldıb. Bir virusi məhv etməklə onun yerinə digərini böyütmüş oluruq", - deyə Qundarov qeyd edib.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Çindən bütün dünyaya yayılan koronavirusa dünyada yoluxanların sayı son rəqəmlərdə 750 min nəfəri ötüb. Artıq 36 min insan virusun qurbanına çevrilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə