Daun sindromu xromosom patologiyasının bir növüdür ki, bunun da xarakterik xüsusiyyəti insanın genomunda olan 21-ci cüt xromosoma əlavə xromosomun yaranmasıdır. Bu səbəbdən də insanda 46 xromosom əvəzinə, 47 sayda xromosom olur.
Daun sindromunun yaranma səbəbləri:
-
İrsi meyllilik
-
Ananın yaşı (əsasən 45 yaşdan yuxarı)
-
Atanın yaşı (əsasən 42 yaşdan yuxarı)
-
Yaxın qohumlar arasında nikah
Xəstəliyin gedişatı:
Xəstəlik insanın bütün ömrü boyu davam edir. Bu halda həyatın davametmə müddəti orta hesabla 50 yaşa qədər təşkil edir.
Daun sindromunun əsas əlamətləri:
-
Yastılanmış üz quruluşu
-
Enli və qısa boyun
-
Yastılanmış ənsə
-
“Üçüncü göz qapağı”
-
Burunun yastılanmış üst hissəsi
-
Oynaqların yüksək hərəkətliliyi
-
Əzələ tonusunun zəifliyi
-
Ətrafların gödək olması
-
Qısa barmaqlar (orta barmaq sümüklərinin kiçik olması səbəbindən)
-
Çeçələ barmağın deformasiyası
-
Dilin böyük ölçüdə olması
-
Ağızın hər zaman açıq olması
-
Çəpgözlük
-
Döş qəfəsinin deformasiyası
-
İnkişafın ləngiməsi
Belə uşaqlar zəif olduqlarından tez-tez xəstələnirlər və bəzi xəstəliklər (katarakta, leykoz, Alsheymer xəstəliyi, eşitmə pozuntuları, hipotireoz) onlarda uşaq yaşlarında inkişaf edir. Əqli inkişafda və nitqdə ləngimə müşahidə olunur. Buna baxmayaraq, belə uşaqlar müəyyən şəraitdə demək olar ki, adi uşaqların bacardıqlarını öyrənmək qabiliyyətinə malikdirlər.
Daun sindromlu kişilərin əksəriyyəti sonsuz olur, lakin qadınların təxminən yarısı uşaq dünyaya gətirə bilirlər. Belə halda uşağın Daun sindromu və ya başqa patologiya ilə doğulma ehtimalı çox yüksəkdir.
Xəstəliyin profilaktikasına nə daxildir?
-
Hamiləliyin planlaşdırılması və hamiləlik dövründə tibbi-genetik konsultasiya
-
Bütün hamilə qadınların mütləq müayinəsi
-
Dölün doğulana qədərki dövrlərdə müayinəsi (ultrasəs müayinəsi, genetik testlər)
Müasir dövrdə bu patologiyanın tam müalicəsi mümkün deyil. Buna görə də əsas diqqət Daun sindromlu uşağın tərbiyəsinə, təhsilinə və onun sosial mühitə uyğunlaşma işinə yönəldilir. Uşağın hansı tədris müəssisəsində: adi və ya ümumi proqram üzrə təlim keçən xüsusi məktəbdə və yaxud fərdi şəkildə təhsil alması onun inkişafındakı ləngimənin nə dərəcədə ifadə edilməsindən asılı olaraq aparılır.
Daun sindromlu uşağın həyatının ilk aylarında hansı müayinələrdən keçməsi və hansı həkimlərdə yoxlanması lazımdır?
Sizin əsas həkiminiz nevroloq və ya genetik deyil, PEDİATRdır. Bundan əlavə, kardioloq, endokrinoloq, okulist, nevroloq, ortoped, eşitmə qabiliyyətinin yoxlanması üçün surdoloq, qulaq, burun və boğaz xəstəlikləri üzrə otolorinqoloqun müayinəsindən keçmək vacibdir.
Uşaqda başqa problemlər: qıcolmalar, mədə-bağırsaq traktında problemlər və s. müşahidəolunarsa, pediatr onu müvafiq mütəxəssislərə yönəltməlidir.
Daun sindromlu uşağa necə kömək etmək olar?
Başqa uşaqlar kimi, Daun sindromlu körpələrin də öz yaxınları tərəfindən sevgi və qayğıya ehtiyacları vardır. Həyatının ilk günlərindən övladınız üçün yaradılan təhlükəsiz mühit vəqulluq onunla aparılacaq məşğələlərin təməlini təşkil edir. “Məşğələlər” sözü erkən yaşda şərti xarakter daşıyır. Uşağa qulluq və onunla oyunlar zamanı inkişaf və bacarıqların formalaşması baş verəcəkdir. Məktəbəqədər yaşda xüsusi təşkil olunmuş məşğələlər uşağın həyatında daha böyük yer tutur və buna görə də uşağın inkişafında ən əlverişli variant onun uşaq bağçasına getməsidir.
Daun sindromlu uşaqla kim məşğul ola bilər?
Bu sualın cavabı əksər hallarda uşağın yaşından asılıdır. Erkən yaşda (doğulandan 2-3 yaşa qədər) uşağın inkişafı üçün lazım olan bütün şərait valideynlər tərəfindən (mütəxəssislərin konsultativ dəstəyi ilə) yaradılır.
Daun sindromlu uşaqla məşğul olmaq üçün hansı mütəxəssislər lazımdır?
İlk növbədə bu mütəxəssislər erkən yaşda uşaqlarla işləmək bacarığı olan defektoloqlar vəkorreksiya ilə məşğul olan pedaqoqlardır. Erkən yaşda həmçinin hərəkətin inkişafı üzrəmütəxəssisin köməyi də sizə lazım ola bilər. Bu halda masaj deyil, məhz Daun sindromlu uşaqlar üçün işlənib hazırlanmış aktiv gimnastika məsləhət görülür. Sizə həmçininloqoped (nitqin inkişafında ümumi geriqalma problemləri ilə məşğul olan mütəxəssis) konsultasiyaları da kömək edə bilər. Məktəbəqədər yaşda uşağın təhsil almasında mütəxəssislərin rolu artır. Bu mütəxəssislər: defektoloqlar, hərəkətin inkişafı üzrəmütəxəssis, uşaq psixoloqlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Unudulmuş poster qlobal mədəniyyət fenomeni oldu...
Maraqlı 22:16Bu ay eyni vaxtda altı planet görünəcək…
Maraqlı 22:05Rusiya iqtisadiyyatı dağılır..?
Dünya 21:45Günəşdə demək olar ki, bütün ləkələr yoxa çıxıb...
Texnologiya 21:25ABŞ Kiyev üçün iki son ssenarini təsvir edib...
Dünya 21:05Ağ Ev bunu təkzib edib...
Dünya 20:54Avropada vətəndaş müharibəsi ehtimalı...
Dünya 20:45“Sən orada islanmış əriştə kimi dayandın!...”
Dünya 20:23Uşağın öz fikrini formalaşdırdığı yaş müəyyən edilib...
Maraqlı 20:05Avtoritar iqtisadiyyatlar iflasa məhkumdur...
Dünya 19:54“Güclü liderə təşəkkür edirəm”...
Dünya 19:14Rubio: "Ukrayna və Rusiya güzəştə getməlidir..."
Dünya 18:56Beynəlxalq sərhədləri zorla dəyişdirmək olmaz...
Dünya 18:18Avropa yenidən Trampa təsir etməyə çalışır...
Dünya 18:06Nyu-Yorkda atışma baş verib, 3 nəfər ölüb
Dünya 17:52Lukaşenko Putinlə danışdı
Dünya 16:14“Neftçi”dən start antirekordu
İdman 15:44Rusiyanın 8 vilayətinə PUA hücumu edildi
Dünya 12:23Sabah 36 dərəcə isti olacaq
Sosial 12:14Yəməndə elektrik stansiyasında partlayış olub
Dünya 11:40İsrail Husilərin enerji obyektinə hücum etdi
Dünya 11:11Qazaxıstandan ilk meteoroloji raket sınağı
Dünya 11:09Ağsuda ev yandı
Hadisə 10:36Bakıda İndoneziyanın Müstəqillik Günü qeyd olunub
Siyasət 09:55Çində daşqınlar nəticəsində 8 nəfər ölüb
Dünya 09:35Kral III Çarlzın səhhəti kəskin pisləşdi
Dünya 08:38Bu gün arabir yağış yağacaq - PROQNOZ
Sosial 08:35Gökçe Akyıldız "Gönül dağı"nda
Şou-Biznes 06:35Moldovada etiraz aksiyası keçirilir
Dünya 06:01Bu ölkədə 5,8 bal gücündə zəlzələ oldu
Dünya 05:56Məşhur çimərliyə giriş bağlandı
Dünya 05:17Ukrayna Ordusu bu istiqamətdə irəlilədi
Dünya 04:23Dünya ulduzu yenidən türkiyəli fotoqrafı seçdi - FOTOLAR
Şou-Biznes 03:39Suriyada güclü partlayış oldu
Dünya 03:10Konqoda təyyarə qəzaya uğradı - ölənlər var
Dünya 03:10Lavrov Fidanla Alyaska görüşünü müzakirə etdi
Dünya 02:51Gününüzü kiçik sevinclərlə doldurun...
Sosial 01:077 min dollara ən ucuz Nissan krossoveri nəyə qadirdir?
Texnologiya 00:56Tom Kruz Kennedi mərkəzinin fəxri mərasiminə dəvətdən imtina etdi...
Mədəniyyət 00:45UAZ "Buxanka" Almaniyada 2 milyon rubla satışa çıxarılıb...
Maraqlı 16 Avqust 23:54Rusiyalı sənətçilər Pxenyanda çıxış edirlər...
Dünya 16 Avqust 23:45Kolumbiyalı alimlər xərçəngə qarşı bakterial qalxan hazırlayıblar...
Səhiyyə 16 Avqust 23:36Birlikdə otlaq: Çindəki antiloplar robotu sürülərinə qatıblar..?
Maraqlı 16 Avqust 23:25Özəl xəbərlər
Digər xəbərlər4-cü Milli Yaylaq Festivalının açılışı mərasimində keçirilib - FOTOLAR
İdman 16 Avqust 19:44Bilal Ərdoğan Milli Yaylaq Festivalında ağac əkib - FOTOLAR
İdman 16 Avqust 19:40Kəpəz 3 oyuçu ilə müqaviləni təzələdi
İdman 16 Avqust 17:29Şəkidə qəza baş verib
Hadisə 16 Avqust 17:27Şamaxıda yeni məşqçi gətirildi
İdman 16 Avqust 17:26Təhlükəsizlik tədbirlərinin görülməməsi təhlükəlidir!
Hadisə 16 Avqust 13:43
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9827
0,00%
-
GBP 2,3029
0,00%
-
RUB 2,1317
0,00%

2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;