Putin və Trampın eyni limuzinlə səfərinin təfərrüatları məlum olub...

...Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərində görüşərkən müxtəlif avtomobillərdə səyahət etməyi planlaşdırmışdılar..?

SİA-nın məlumatına görə, Rusiya və Amerika liderlərinin eyni limuzinlə səfərinin təfərrüatları RİA Novosti-yə məlum olub.

Danışıqların təşkilinə yaxın mənbə agentliyə bildirib ki, ilkin olaraq siyasətçilərin sammitin keçiriləcəyi yerə şəxsi avtomobillərində - Rusiya prezidentinin “Aurus” limuzini ilə, amerikalı həmkarının isə “Cadillac”-da gedəcəyi planlaşdırılırdı.

Lakin ABŞ prezidenti gözlənilmədən görüşün bütün iştirakçıları üçün Putini Rusiya liderinin “asanlıqla razılaşdığı” avtomobilində onunla getməyə dəvət etdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə