Azərbaycanda "İmmunlaşdırma həftəsi"nə başlanılıb

2017-ci ilin 24-30 aprel tarixdə Azərbaycanda "İmmunlaşdırma həftəsi"nə başlanılıb. Bu mövzuya həsr olunmuş mətbuat konfransı təşkil olunub. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi və UST-nın Bakı nümayəndəliyini təşkilatçılığı ilə keçirilən konfran "Qarşısını almaq! Müdafiə etmək! Peyvənd etmək!" şüarı altında təşkil olunub. Mətbuat konfransında bildirilib ki, 2007-ci ildən baslayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsündə iştrak edir.

Avropa İmmunlaşdırma Həftəsi Avropa regionunun bütün ölkələrini immunlaşdırma həftəsinin keçirilmə təşəbbüsünə qoşulmağa, gələcək nəslin sağlamlığını təmin etmək üçün immunlaşdırmanın vacibliyi və immunlaşdırma xidmətinin əlçatan olması barədə əhalinin məlumatlandırılmasını yüksəltməyə kömək edir.

2017-ci ilin aprel ayının 24-30 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi " keçiriləcək. İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcək.

Şəhər və rayonlarda bu il AİH çərçivəsində dəyirmi masa müzakirələri, seminarların keçirilməsi nəzərdə tutulub. İmmunlaşdırma programi üzrə maraqlı tərəflər bir araya gələrək bir sıra mövzular, o cümlədən, qızılca və məxmərək xəstəliklərinin eliminasiyası, poliomielitdən azad ərazi statusunun saxlanılması, vaksinlərin təhlükəsizliyi, yoluxucu xəstəliklər uzərində epidemioloji nəzarətin gücləndirilməsi haqqında müzakirələr aparacaqlar.

Avropa İmmunlaşdırma Həftəsi immunlaşdırmada olan boşluqların aradan qaldırılması və insanların peyvənd almaq imkanını yaxşılaşdırmaqla peyvəndlə əhatənin yüksək səviyyəyə çatdırılmasını və minlərlə uşağın yoluxucu xəstəliklərdən qorunmasını təmin edir.

Vaksinasiya həyatın bütün dövrlərində sağlamlığı qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə